Icma.az
close
up
RU
Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda müştərinin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərrux Əsgərov və Rabil Tağıyevlə bağlı iddia üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra ərizəyə baxış keçirilib. İddiaçı Vest.az saytının əməkdaşı, jurnalist Maqda Kovalyova məhkəmədə çıxışı zamanı bildirib ki, o, ümumilikdə qarşı tərəfə 33268 min manat ödəniş edib: “Hövsanda təmirsiz evimiz var. Özüm Bakıda yaşadığım üçün Mingəçevirdə yaşayan valideynlərimin evi satıb Bakıya köçməsini istədim. Satılan evin pulu ilə Hövsandakı evi təmir edəcəkdik. Evin təmiri ilə bağlı Fərrux Əsgərovla razılaşdıq. Olara təmir pulu erildi. İyul ayının əvvəlində ev bizə təmirli şəkildə təhvil verilməlid idi. Lakin təmir çox çəkdi. Hər dəfə müxtəlif bəhanələrlə ev təhvil verilmədi. Biz daha sonra hüquq-mühafizə orqanlarına müraciət etdik”.

M. Kovalyova bildirib ki, 18 268 min manatı bank vasitəsi ilə köçürüb, qalan pulu (15 min manat) nağd şəkildə ödəyib: “Bank vasitəsilə etdiyim köçürmələrin qəbzi məndədir. Onu məhkəməyə təqdim edəcəm”.

Cavabdeh Rabil Tağıyev məhkəmə prosesində iştirak etməyib. Digər cavabdeh Fərrux Əsgərov məhkəmədə çıxışında bildirib ki, Rabil Tağıyevin məhkəmə prosesində iştirakı vacibdir: “İşi gecikdirən o oldu. Hər dəfə təhvil vaxtını “bu gün-sabah”a salırdı. Biz evi 1-5 iyul aralığında təhvil verməli idik. Lakin iş gecikirdi. İşin demək olar 95%-i görülüb. Cuzi işlər qalıb”.

İddiaçı tərəf bu fikirlə razılaşmayıb.

Fərrux Əsgərov bildirib ki, Maqda Kovalyova ona iddia etdiyi qədər ödəniş etməyib: “Bizə görəcəyimiz iş üçün ümumilikdə 31 382 manat ödəniş edilib”.

Maqda Kovalyova ödənişin 33 268 manat olduğunu və bu məbləği təsdiq edəcək sübutların olduğunu bildirib.

Məhkəmənin növbəti prosesi yanvarın 13-nə təyin olunub.

Qeyd edək ki, cavabdeh Fərrux Əsgərov və Rabil Tağıyev şifahi razılaşma əsasında evi təmir edib təhvil veriləcəyi ilə bağlı öhdəlik götürərək iddiaçılar Vladimir Kovalyov və Maqda Kovalyovadan ümumilikdə 33 268 manat pul alıb. Lakin o, evin təhvil vaxtını dəfələrlə müxtəlif bəhanələr gətirərək təxirə salıb. Evi tam təhvil vermədiyi üçün iddiaçı tərəf cavabdehdən evin təmiri üçün xərclənməmiş 18 min manat vəsaiti tələb edib və bununla bağlı polisə müraciət olunub. Cavabdeh tərəf onlardan vaxt istəyərək 10 gün ərzində evi təhvil verəcəklərini bildirsələr də, heç bir addım atılmayıb.

Daha sonra iddiaçı tərəf məhkəməyə müraciət edib.

Zərərçəkən şəxs bildirib ki, Fərrux Əskərov evin pəncərəsini yandırıb, pəncərə kənarlarını qırıb. Bunun səbəbini soruşduqda isə ustaların etdiyini bildirib. Bununla yanaşı, eyvanda olan 3 pəncərə də düzgün yerləşdirilməyib. Maqda Kovalyova, taksi sürücüsü kimi fəaliyyət göstərın Fərrux Əskərovun vasitəçi olduğunu bildirib.

Qeyd edib ki, Fərrux Əskərov birinci xərclər smetasında ümumi xərci 23.470 manat göstərib. Rabil Tağıyevin tərtib etdiyi smetanın məbləği isə 17.470 manat təşkil edib. Təmirə başlayan zaman Fərrux Əskərov az vəsait xərcləmək üçün ucuz inşaat materiallarından istifadə edəcəyini və öz haqqını ustaların pulundan götürəcəyini deyib: “Aydındır ki, o, smetada fərqli qiymət göstərərək bizi aldadıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri