Icma.az
close
up
RU
Jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür MÜNASİBƏT BİLDİRİLDİ

Jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bu il Milli mətbuatımızın 150 illiyi qeyd olunur. Bununla bağlı cənab Prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb. Sərəncam, ölkə rəhbərinin mətbuata verdiyi yüksək dəyərin bariz nümunəsidir. Artıq bu münasibətlə ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib. 22 iyul tarixində isə milli mətbuatımızın 150 illiyi təntənəli şəkildə qeyd olunacaq". Bu sözləri SİA-ya açıqlamasında "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycan mətbuatı böyük bir inkişaf yolu keçib: "Bu inkişafın təməli isə Ümummilli liderimiz Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı verdiyi tarixi qərarla qoyulub. Həmin qərardan sonra ölkəmizdə mətbuatın inkişafında ciddi irəliləyişlər müşahidə olunub. Jurnalistlərin vergidən azad olunması, onlara güzəştli ipoteka kreditləri verilməsi və ümumilikdə media nümayəndələrinə göstərilən dövlət qayğısı bu inkişafın bariz göstəricilərindəndir.

Son illərdə "Media haqqında" yeni qanun qəbul edilib ki, bu da mətbuatın yeni dövrə, yeni çağırışlara uyğun inkişafını təmin edən strateji addımdır. Qanunvericilik də bu istiqamətdə müasir tələblərə uyğun şəkildə təkmilləşdirilib. Hazırda mətbuatımız daha güclü olmalı və müasir çağırışlara cavab verməyə hazır vəziyyətdə fəaliyyət göstərməlidir. Bu çağırışlar sırasında süni intellektin mediada geniş tətbiqi, sosial şəbəkələrdə yayılan məlumatların bolluğu və dezinformasiyanın yayılması da var. Bu baxımdan jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür. Onlar yanlış və saxta məlumatlarla mübarizə aparmalı, cəmiyyətə yalnız dəqiq və təsdiqlənmiş informasiya çatdırmalıdır.

Bunun üçün peşəkar redaktorlar və müxbirlər yetişdirilməlidir. Bu gün biz mətbuatımızın nüfuzunu beynəlxalq medianın Azərbaycan mənbələrinə istinadlarında da müşahidə edə bilirik. Media orqanları cənab Prezidentin bütün rəsmi səfərlərini izləyir, görüşlərdə iştirak edir və bu barədə operativ, dəqiq və əhatəli məlumatların təqdim olunmasına şərait yaradılır. Bu da diqqətəlayiq məqamlardandır.

Digər tərəfdən, medianın savadlılığının artırılması istiqamətində Medianın İnkişaf Agentliyi də mühüm işlər görür. Məsələn, işğaldan azad olunmuş ərazilərimizdən hazırlanan geniş reportajlar mətbuatımızın imkanlarının artdığını göstərir. Bu, uzun müddət gözlənilən və ictimaiyyət üçün əhəmiyyətli olan materiallardır. Artıq media nümayəndələri bu bölgələrə rahatlıqla səfər edə bilir və oradan dolğun reportajlar hazırlayaraq ictimaiyyətə təqdim edirlər".

"Qeyd edilməlidir ki, son şəhidlərimiz Sirac Abışov və Məhərrəm İbrahimovun Vətən müharibəsindən sonra 2021-ci ilin 4 iyun tarixində minaya düşərək şəhid olması bizim mətbuatın bu qələbəyə töhfəsidir. İstənilən halda son dövrlərdə Prezidentin, dövlətimizin böyük dəstəyinə görə mətbuatımız kifayət qədər inkişaf edib. Düşünürəm ki, yeni dövrün çağırışlarına tam hazırdır. Sadəcə bizim özümüzə düşən vəzifə yaradılan imkanlardan istifadə edib ölkəmizdə baş verən prosesləri geniş ictimaiyyətə, həm ölkə daxilində, həm də xaricdə olan oxucularımıza dolğun, düzgün çatdıraq. Bununla da biz faktiki olaraq hansısa xarici, digər dairələrin yaydığı dezinformasiyasının qarşısını almış olarıq" - deyə o, əlavə edib..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri