Icma.az
close
up
RU
Jurnalistlərin məlumat azadlığı: Hüquqlar və məhdudiyyətlər

Jurnalistlərin məlumat azadlığı: Hüquqlar və məhdudiyyətlər

Icma.az bildirir, Azvision portalına istinadən.

Təbii ki, məlumat azadlığı ilə bağlı qanunvericilikdə nələrin ictimailəşdirilməsinə məhdudiyyət qoyulması müddəaları vardır. Amma bundan sui-istifadə hallarına yol vermək düzgün deyil. Burada əsas iki məqama toxunaq: məlumat azadlığı, bir də məxfilik və təhlükəsizlik məhdudiyyətləri.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.
“Media haqqında” Azərbaycan Respublikası qanununun 5-ci maddəsində də birbaşa təsbit edilir ki, Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası qadağandır. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. “Məlumat azadlığı haqqında” AR qanununun 8-ci maddəsinə görə isə məlumatın əldə edilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla həyata keçirilir.
Əldə edilməsi qaydasına görə məlumat açıq və alınması məhdudlaşdırılan məlumata bölünür. Adı çəkilən qanunun 9-cu maddəsində deyilir ki, açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
• internet informasiya ehtiyatları vasitəsilə
• rəsmi nəşrlərlə;
• kütləvi informasiyanın yayılması ilə;
• kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə;
• fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə;
• qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla.

Açıq məlumatın alınması qaydası və şərtləri adı çəkilən Qanunla, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.
Sözügedən qanunun 10-cu maddəsində isə təsbit olunur ki, alınması məhdudlaşdırılan məlumatlara dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir.
Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir.
Adı çəkilən qanunun 24-cü maddəsinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Azərbaycan Respublikasının konstitusiya qanunu qəbul edilmişdir. Adı çəkilən konstitusiya qanununun 3-cü maddəsindən o nəticəyə gələ bilərik ki, məlumat azadlığı dövlət təhlükəsizliyi mənafeləri, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə, eləcə də hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ, həmçinin ictimai təhlükəsizliyin qorunması üçün, həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiәsi üçün, mәxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün məhdudlaşdırıla bilər.
“İnformasiya əldə etmək haqqında” AR qanununun 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin maddəyə görə informasiya sahibinə müraciət edən hər kəs soruşulan məlumatın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq, habelə informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.
Maddəyə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
Bəs, jurnalist süni əngəllərlə necə mübarizə apara bilər?
Jurnalistlərin çəkiliş etməsinə qadağa qoyulması səlahiyyətsiz şəxslər tərəfindən edilərsə, bu, qanunsuz məhdudiyyət sayılır. Yaxud da bu qadağa qanunla əsaslandırılmayıbsa, vəzifəli şəxslərin səlahiyyət həddini aşması kimi qiymətləndirilə bilər. Hətta bu, jurnalistin peşə fəaliyyətinə maneə törətmək kimi məsuliyyət doğura və məsuliyyətə səbəb ola bilər. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsinə əsasən jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə cinayət məsuliyyəti yaradır.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381-ci maddəsinə görə isə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə, eləcə də qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə inzibati məsuliyyət yarana bilir.
Beləliklə, jurnalistlərin ünvanladığı suallara cavab verməyən şəxs buna hüquqi əsas göstərməlidir. Yaxud da həddindən artıq ümumiləşdirilmiş cavablar vermək yolverilməzdir. Bu baxımdan hansısa şəxsin jurnalistlərə süni əngəl yaratması qanunsuzdur və ciddi məsuliyyət doğurur. Jurnalistlər hüquqlarını müdafiə etmək üçün isə qanunsuz müdaxilə etmiş məmurun tabe olduğu qurumun rəhbərliyinə şikayətdən tutmuş məhkəməyə müraciət etməyədək çoxsaylı dövlətdaxili hüquqi müdafiə vasitələrindən istifadə edə bilərlər.
Yunis Xəlilov,
Hüquqşünas
AzVision.az üçün
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 Mart 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri