Icma.az
close
up
RU
Ombudsman yeni hüquqlar istəyir

Ombudsman yeni hüquqlar istəyir

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ombudsman özünə yeni hüquqlar verilməsini istəyir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Ombudsmanın qanunvericilik təşəbbüsü hüququnun təsbit olunması, onun insan hüquqlarına dair qanun layihələrinin parlamentdə müzakirəsində iştirak etməsi və rəy bildirməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi, Ombudsmanın Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun qanunvericiliklə təsbit olunması,

Ombudsmanın Məhkəmə-Hüquq Şurasının tərkibində təmsil olunması məsələsinə baxılması təklif olunur.

Göstərilənlərlə yanaşı, Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin daha effektiv təşkili məqsədilə Ombudsmanın Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə dair təkliflər verməklə bağlı mandatından və bu sahədə aktiv fəaliyyətindən irəli gələrək, qanunvericiliklə müəyyən edilmiş qaydada rəy və təkliflərin verilməsi və vizalanması məqsədilə Ombudsmana çoxlu sayda normativ hüquqi akt layihələrinin təqdim edildiyini nəzərə alaraq, habelə müxtəlif dövlət qurumlarının fəaliyyətinə və beynəlxalq təcrübəyə uyğun olaraq, Ombudsmanın aidiyyəti sahədə fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək üçün müvafiq sahə üzrə struktur bölmənin yaradılmasına dəstək verilməsi, BMT-nin "Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri"ndən, habelə BMT-nin təşəbbüsü ilə qəbul edilmiş və beynəlxalq səviyyədə milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsi üzrə fəaliyyət istiqamətlərini müəyyən edən Edinburq Bəyannaməsinin tələblərindən irəli gələn tövsiyələrin ölkəmizdə icrası, bununla da qeyd olunan sahədə Ombudsmanın fəaliyyətinin effektivliyinin artırılması məqsədilə əlavə resursların təmin edilməsi baxımından, həmçinin xarici təcrübəni nəzərə alaraq, Ombudsman Aparatında "Biznes və insan hüquqları" sahəsində struktur bölmənin yaradılmasının dəstəklənməsi, Konstitusiya Qanununa əsasən, Ombudsmanın "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizm funksiyalarını həyata keçirən Milli Preventiv Qrupunun, habelə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın və "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirən monitorinq qruplarının kadr və maddi-texniki təminatının gücləndirilməsi, həmin maliyyələşdirilməsinə zəruri dəstəyin göstərilməsi, Ombudsmanın fəaliyyətinin əsas təminatlarından olan sənədlərin effektiv idarə olunmasını, məlumatların qorunmasını, şəffaflığın və nəzarət mexanizmlərinin tətbiqini, daha dolğun hesabatların və statistik məlumatların hazırlanmasını təmin edən daxili elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsinə maliyyə dəstəyinin verilməsi istənilir.

O cümlədən qlobal səviyyədə yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi praktikasından, habelə bu sahədə xarici ölkələrin müsbət təcrübəsindən irəli gələrək, Ombudsman Aparatında müraciət, sənəd və məlumatların ilkin sistemləşdirilməsi və İşlənilməsində innovativ həllərin tətbiqi, analitik hesabatların hazırlanması və təhlillərin aparılması prosesində effektivliyin artırılması, risklərin və preventiv tədbirlərin proqnozlaşdırılması, Çağrı Mərkəzinin fəaliyyətində səmərəliliyin təmin olunması və bununla da insan hüquq və azadlıqların müdafiəsi sahəsində fəaliyyətin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə "Süni intellekt"in tətbiqinə zəruri dəstəyin göstərilməsi istənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri