“Jurnalistlərin münsiflər heyətində təmsil olunmamasına gəlincə…” PFL nəyə məcbur oldu?
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bilindiyi kimi, Peşəkar Futbol Liqası ayın qolunu vuranı yeni qayda əsasında seçəcək. Bundan sonra premyer-liqa, birinci və ikinci liqada “ayın qolu” PFL-in “feysbuk” səhifəsindəki səsvermə əsasında yox, 11 nəfərlik münsiflər heyəti tərəfindən seçiləcək.
Maraqlıdı, PFL niyə seçim metodunu dəyişməli oldu? Digər tərəfdən, aşağı liqalarda ayın qolunu seçmək üçün belə mötəbər münsiflər heyətinə nə ehtiyac var, 3-5 mütəxəssis seçə bilməzdimi? Məsələn, yığmanın baş məşqçisi Fernando Santuş niyə 2-ci liqada ayın ən yaxşı qoluna səs verməlidi ki?
PFL-in media və marketinq direktoru Sənan Abdullayevin “Football-plus.az” üçün izahı:
“Qərarın dəyişdirilməsinin xüsusi bir səbəbi yoxdu. Əvvəllər də müxtəlif klublardan səsvermə ilə bağlı müraciətlər gəlirdi. Deyirdilər ki, azarkeşlərdən çox futbolçunun qohumları, yaxınları səsverməyə müdaxilə edir. Xüsusən son vaxtlar müdaxilələrlə bağlı çoxlu şikayət almağımız nəticəsində bu addımın atılmasına qərar verildi. Gördüyünüz kimi, münsiflər heyəti ölkə futbolunda xüsusi rolu olan şəxslərdən qurulub. Jurnalistlərin münsiflər heyətində təmsil olunmamasına gəlincə, bir nəfəri seçə bilərdik ki, bu da narazılığa səbəb olacaqdı. Rəmzi şəkildə 11 nəfər seçdik. Futbol mütəxəssislərindən də hazırda heç bir klubda çalışmayanları seçdik ki, söz-söhbət doğurmasın. Bu heyətdən kimsə hansısa klubda işə başlayarsa, dəyişiklik edəcəyik. Ümid edirik ki, yekunda ədalətli nəticələr futbolsevərləri də razı salacaq”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 05 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















