Icma.az
close
up
RU
Justin Timberlake konserti və İpoteka Fondunun nizamnamə kapitalı So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Justin Timberlake konserti və İpoteka Fondunun nizamnamə kapitalı So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vüqar Bayramov, millət vəkili:

Ev almaq istəyənlər üçün şad xəbər: nizamnamə kapitalı artırıldı. İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 85 milyon manatın ayrılması ilə mümkün olub.

Azərbaycan Prezidenti İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərman imzalayır. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.

Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir.

İndiyədək fond tərəfindən 54 min 918 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 560 milyon manatdan çoxdur.

İlkin Rüstəmzadə, ictimai fəal:

- Dünənki Justin Timberlake konserti videolardan gördüyüm qədər çox babat keçib. Eyni sənətçinin Tbilisidəki konsertindən qat-qat izdihamlı və maraqlı. Ümumiyyətlə, Bakı yavaş-yavaş Tbilisinin regiondakı turizm liderliyini ələ keçirir. Və bir azdan fərq əməlli açılacaq. Çünki Bakı qat-qat əzəmətlidir Tbilisidən.

Bu cür konsertlər isə şəhərin beynəlxalq turist vizitkartı üçün çox vacibdir. Lakin vacib bir detal var. Sadəcə dünya ulduzlarını, məşhurları gətirməklə olmur bu iş.

Bir şəhərin beynəlxalq sənət, turizm vizitkartını yaratmaq üçün məşhurlardan əlavə, mütləq öz kultunu yaratmış sənətçilərin, qrupların konsertləri olmalıdır.

Məsələn, "Metallica", "Rammstein", "Depeche Mode", U2 və s.

Sizi əmin edirəm, bu qrupların hər hansı birinin, xüsusilə ilk ikisinin Bakıda konserti olsa, bütün böyür-baş ölkələr yağacaqlar Bakıya.

Yarım milyon bilet satarsan "Metallica"ya, "Rammstein"ə.

Üstəlik, elə çətin bir şey də deyil. Məsələn, "Rammstein" qrupunun solisti Till Lindemanın çox yaxın dostları azərbaycanlılardı.

Adamı aparıb toyda Yanıq Kərəmi mahnısına oynadan gücü, pulu olan qaqalar, Bakıda konsertini də təşkil edə bilərlər də.

Lazımdır, hətta vacibdir. Eləyin bunu.

Nigar Köçərli, "Ali və Nino"nun təsisçisi və direktoru:

- Dünənki konserti bəyəndiniz? Məncə, Justin yola verirdi.

Fərid Pərdəşünas, texnobloger:

- "Dream Fest"dən sonrakı görüntülər yayılıb. Bütün sahə plastik tullantılar və zibilin içindədir. Bunu da səhifələr paylaşıb, ora gedən insanları söydürür. Guya söyənlər ora getsə, o plastikləri sən demə, udub, təkrar istehsal edəcəklərmiş.

Böyük ehtimalla, axşamkı "Timberlake" konsertində də eyni mənzərə yaşanacaq, normal olaraq. Bu, bütün dünyada olan konsertlərə aiddir. Bəli, ciddi problemdir, amma nəyisə istehlak edən insanlar onu o sıxlıqda çıxarıb harasa ata bilmirlər. Xoşbəxtlikdən bütün plastik və zibil nəzarət altında olur və sonradan təşkilatçı onu təmizləyir.

Yəni bu, tamamilə normal prosesdir. Sadəcə bizim cəmiyyət əylənən insanlara düşməndir. Xoşbəxt görünmək, öz pulunu xərcləmək, sevgilini öpmək olmaz. Mən nə "Dream Fest"ə getmişəm, nə də axşamkı konsertə gedəcəyəm, ümumiyyətlə marağımda deyil, amma insanların əyləncəsini təhqir etmək çox təhlükəli düşüncədir.

Çalışın belə düşüncədə olmayın. Oldunuzsa da, o düşncəni boğun, basdırın. Qoyun ölsün.

İlhamiyyə Rza, jurnalist:

- Qəbələyə gedirik. Şamaxıdan keçəndə şaşırdım. Atamın sağlığında Qazaxa gedəndə bizim dayanacaq nöqtəmiz məhz Şamaxı idi. Doğmalaşmışdıq. Uzun illərdir olmamışam burda. Necə gözəlləşib! Həmişə gözəl idi, əslində. Amma indi çox səhmanlı, zövqlü, müasir dəyir gözümə. Heyif ki, ötüb keçirik, şəhərin girişindəki dəmir heykəlləri doyunca seyr edə bilmədim. Mütləq qayıdacam. Bölgələrin mədəni siması vacib mövzulardandır...

Səddam Laçın, şair:

- Şuşada qonaqlar ətrafa zir-zibil atıb, şəhəri pis günə qoyublar. Ayıb olsun. Başqa sözlər də demək olar, lakin bura yeri deyil.

Amma bir ayıb da hər fürsətdə xalqını düşməni ilə müqayisə edənlərə olsun.

- "Şuşanı ermənilərdən təmizlədik, özümüzkülərdən təmizləyə bilmədik"

- "Heç ermənilər Laçını belə kirlətməmişdi"

Bu və bu qəbildən olan müqayisələr və paralellər məqsədli edilməsə də, düşmənin çörəyinə yağ sürməkdir. Heç yağ-zad, cəhənnəm. Özümüzü hansı ermənilərlə müqayisə edirik?

Bizi didərgin salan?

Milyonlarla adamı evsiz-eşiksiz qoyan?

Minlərlə vətəndaşımızı vəhşicəsinə qətlə yetirən?

Xocalıda qız-gəlinin kürəyinə samovar bağlayan?

Hamilə qadınların qarnındakı uşağa belə rəhm etməyən?

Evlərimizi, abidələrimizi dağıdan?

Hələ də gözü torpaqlarımızda olan?

Firuz Mustafa, yazıçı:

- Mixail Qusmanın oğlu Vadim BMT-də Azərbaycanı təmsil edib və ədalət naminə deyək ki, daim bizim milli mənafəyimizin müdafiəsində, habelə qonşularımızın separatizminə qarşı mücadilədə fəal mövqeyi ilə tanınıb.

Bədirxan Əhmədov, ədəbiyyatşünas alim:

- Çexiyanın Marianski Lazni şəhərində Maksim oteli gördüm, diqqətimi çəkdi. Məlum oldu ki, Maksim Qorki iki il burda mühacirətdə yaşayıb və bu evdə qalıb. İndi otel onun adınadır. Ayrıca bu istirahət məkanının su mənbəyi (kolonada) da onun adınadır. Onun adına olan qonşu binada isə rus yazıçısı İvan Qonçarov 15 il yaşayıb. Ona da lövhə qoyublar. İ.Gete də bir müddət burada yaşayıb, ancaq hələ barelyefinə rast gəlməmişəm.

Turan İbrahimov, jurnalist:

- Rus teleqram və yutub kanallarında tirajlanan "Rusiyadan, rus mədəniyyətindən uzaqlaşan Azərbaycan mədəni cəhətdən kasıblaşır" təbliğat tezisini bir konsertlə büküb Moskvanın qoltuğuna verən reallıq və görüntü.

Rusiya Federasiyasından 16 mindən çox, digər SNQ ölkələrindən isə yüzlərlə turist Bakıya axın etdi...

Postsovet məkanının cazibə mərkəzi artıq Moskva yox, Bakıdır. Mübaliğəsiz... rəqəmlərlə, görüntülərlə...

Asif Nərimanlı, jurnalist:

- Xameneinin müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə köhnə iddiaları yenidən gündəmə gətirib. İddia edir ki, bu dəhliz NATO-nun Cənubi Qafqaza, Xəzər regionu və Mərkəzi Asiyaya nüfuz etməsinə şərait yaradacaq. Və İranla Rusiyanı regionun cənubunda blokadaya salacaq.

Vilayətinin iddiaları - dəhliz layihəsini geosiyasi mübarizənin elementi kimi təqdim etməsi, xüsusilə Rusiyaya təhlükə yaratması haqda dedikləri Moskva ilə gündəliyini eyniləşdirmək və onun dəstəyini əldə etmək məqsədi daşıyır. Vurğunu məhz NATO təhlükəsi və Rusiya üçün strateji regionlar üzərinə yönəltməsi də buna hesablanıb. Onun digər iddiası da şübhəlidir. Vilayəti deyir ki, "İran daha öncə "qırmızı xəttini" elan edib və sərhəddə (Azərbaycanla sərhəd) hərbi təlimlər keçirməklə dəhlizin açılmasının qarşısını alıb". Hərçənd, Zəngəzur dəhlizinin indiyə qədər açılmamasına səbəb İranın sərhədə "leşkər" toplaması yox, regionda güc balansının toqquşması olub:

- Bakı, Ankara və Moskva dəhlizlə bağlı ortaq mövqedən çıxış edir, İrəvan isə Qərb tərəfdaşlarının, xüsusilə Bayden Administrasiyasının dəstəyi ilə müqavimət göstərirdi;

- Rusiya Ukrayna müharibəsinə görə prosesə müdaxilə etmir/edə bilmirdi;

- Bakı və Ankara alternativ variant kimi Qərbdən edilən təklifləri də dəyərləndirirdi.

Bu prosesdən kənarda qalan İran yalnız Ermənistan üçün regionda alternativ "qapı" rolunu oynayır, eyni zamanda, Fransa başda olmaqla Qərbdə dəhlizə qarşı çıxan oyunçularla "paslaşırdı". Tehran hələ o vaxt da indiki iddiaları - "NATO/Turan dəhlizi" məsələsini Moskvanın mövqeyinə təsir etmək məqsədilə gündəmə gətirirdi.

İndi situasiyanın dəyişdiyi müşahidə edilir: Bakı, Ankara və İrəvan xəttində müzakirə edilən regional kommunikasiyanın açılması prosesində Moskvanın birbaşa iştirakı arxa plana keçib.

İranın son dövrlər Zəngəzur dəhlizi ilə bağlı intensiv açıqlamalarının birinci səbəbi budur: Moskvanı öz cəbhəsinə çəkmək, xüsusilə Tramp Administrasiyasının təklifləri fonunda.

İkinci səbəb İsraillə 12 günlük müharibədən sonra regionda İranın gücünə olan inamın azalmasıdır, xüsusilə indiyə qədər Tehranı alternativ "qapı" olaraq görən İrəvan üçün. Buna görə İran proseslərə yeganə müdaxilə imkanı olan Ermənistan amilindən məhrum olmaq riski ilə üzləşib. Vilayətinin "qırmızı xətlərdən" bəhs etməsi və "dəhlizin qarşısını biz aldıq" deməsi Ermənistana xatırlatmadır.

Tehran mövqelərini Moskva ilə birləşmək xətti üzərindən saxlamaq niyyətindədir. Mövcud şərtlərdə - ABŞ-ın prosesə müdaxiləsi fonunda İranla mövqelərini eyniləşdirmək Rusiyanın "əlini gücləndirsə" də, strateji perspektivlərdə sərfəli görünmür. Lakin əsas risk cari dövrdə Tehran və Moskvanın regiona hansı təhlükələr yarada biləcəyidir. Daha öncə Bakıya qarşı Tehran-Moskva marşrutu üzərindən təhlükələr olub. Vilayətinin "passiv və müşahidəçi siyasət erası"nın bitdiyini elan etməsi də bu kontekstdə xəbərdarlıq hesab oluna bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 29 İyul 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri