Icma.az
close
up
RU
Kabine Dumbiya: Fransa şirkətləri Malinin qiymətli təbii sərvətlərini talayırlar

Kabine Dumbiya: Fransa şirkətləri Malinin qiymətli təbii sərvətlərini talayırlar

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Bu gün müstəmləkəçiliyin mənfi təsirlərindən danışanda Malidə də mədənçıxarma sənayesinin yaratdığı problemlərdən danışa bilərik. Fransanın "Areva" şirkəti Malidə uran istismar edir və nəticədə ətraf mühiti çirkləndirir. Yerli xalq bu çirklənmənin ağır nəticələrinin qurbanı olur. Malinin uran ehtiyatından Fransa bəhrələnir".

Bu fikirləri AZƏRTAC-a müsahibəsində COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) Sahel Dövlətlər Konfederasiyasını təmsil edən "ASRAD" qeyri-hökumət təşkilatı ilə birgə təşkil etdiyi "Afrikada investisiya perspektivlərinə müstəmləkəçiliyin mənfi təsirləri" tədbirinin moderatoru, BMT-də statusu olan "ECOSOC" qeyri-hökumət təşkilatının koordinatoru Kabine Dumbiya deyib.

O bildirib ki, Nigerdə də eyni vəziyyətdir: "Ölkələrin təbii sərvətləri Fransa tərəfindən istismar edilir, yerli əhali isə elektriksiz yaşayır.

Fransa müstəmləkəsində olan ölkələrdə fransız şirkətlərinin mənfi təsirləri çoxdur. Yerli xalq öz torpaqlarının təbii sərvətlərindən yararlana bilmir. Bu vəziyyəti dəyişmək vaxtıdır. Malidə fəaliyyət göstərən Fransa sənayeləri, xüsusən də mədənçilik, kənd təsərrüfatı və enerji sektorları ətraf mühitə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Mədən sənayesi Malidə ən fəal sektorlardan biridir və bir çox Fransa şirkətləri ölkənin əsas ixrac məhsulu olan qızılın hasilatı ilə məşğuldur. Transmilli Fransa şirkətləri vergi də ödəmirlər və yerli ekosistemə zərər verərək ölkəmizdə təbii sərvətləri talayırlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Noyabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see136

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see117

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see116

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see116

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see115

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see114

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see113

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see113

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see113

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see112

Bir gündə 784 reys

03 İyun 2025 08:42see112

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri