Kadir İnanırın gizli saxlanılan 3 vəsiyyəti açılır TARİX BƏLLİ OLDU
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin tanınmış aktyoru Kadir İnanırın ölümündən sonra hazırladığı vəsiyyətlərlə bağlı gözlənilən tarix açıqlanıb. Məlum olub ki, sənətçinin üç ayrı vəsiyyəti var.
“Yeni Sabah” xəbər verir ki, Türk kinosunun tanınmış simalarından olan Kadir İnanır mayın 14-də sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, sənətçi iyunun 26-da müalicə aldığı xəstəxanada 77 yaşında vəfat edib.
İnanırın ölümündən sonra onun mirasının necə bölüşdürüləcəyi maraq doğurub. Pepperoni pizza
Sənətçinin həyatının müxtəlif dövrlərində üç ayrı vəsiyyət hazırladığı üzə çıxıb. O, ilk vəsiyyətini 2015-ci ildə yazıb. 2022-ci ildə isə notarius qarşısında daha iki vəsiyyət hazırlayıb. Vəsiyyətlərin məzmunu indiyədək açıqlanmayıb. Daha əvvəl hüquqi prosedurlar başa çatdıqdan sonra sənədlərin sentyabr ayında açılacağı bildirilmişdi.
Kadir İnanırın üç vəsiyyətinin sentyabrın 17-də İstanbulun Beykoz Rayon Məhkəməsində açılacağı bildirilib. Vəsiyyətlər açıldıqdan sonra sənətçinin əmlakının kimlərə və hansı formada vəsiyyət etdiyi rəsmiləşəcək.
Baxış sayı:129
Bu xəbər 16 Sentyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















