Icma.az
close
up
RU
Kadırov bizdən üzr istəməklə kifayətlənməməlidir! Azərbaycanlı deputat

Kadırov bizdən üzr istəməklə kifayətlənməməlidir! Azərbaycanlı deputat

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin hava məkanında baş verən hadisəyə görə Azərbaycandan üzr istəyib.

Lakin təyyarəmiz Çeçenistanda vurulub. Buna görə Çeçenistanın başçısı Ramzan Kadırovdan eyni addımı müşahidə etməmişik.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Çeçenistan yalnız üzr istəməklə kifayətlənməməlidir:

"Çeçenistan başçısının təyyarə qəzası ilə bağlı üzr istəməsi çox yaxşı olardı. Nəinki üzrxahlıq etməsi, özünün bəzi struktur rəhbərlərini, ziyalılarını, din xadimlərini Bakıya göndərərək Azərbaycan ziyalıları, din xadimləri ilə görüşülməsi, qəzada dünyasını dəyişənlərin yaxınlarına baş çəkilməsi çox yerində olardı. Təəssüf ki, bu baş vermir. Əgər Çeçenistan tərəfi hesab edirsə ki, Rusiya üzr istədi, onların nəsə addım atmaqlarına ehtiyac yoxdur, bu, yanlış yanaşmadır. Əslində isə buna böyük ehtiyac var".

A.Mirzəzadə deyib ki, Azərbaycanla Çeçenistan az qala qonşu xalqlardır.
"Azərbaycan xalqının çeçen xalqına məhəbbəti var. Hər halda gözləyək, bəlkə, Azərbaycandan üzrxahlıq edib nümayəndə heyəti göndərməklə bağlı qərara gələcəklər". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Yanvar 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri