Kadırov Hüseynin toyunda tamada olacaq
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanlı bloger Hüseyn Həsənov (Gusein Gasanov) növbəti dəfə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovla bir araya gəlib.
News24.az olay-a istinadən xəbər verir ki, onlar birgə Çeçenistanın Gürcüstanla sərhədində yerləşən dağlıq əraziyə baş çəkiblər. Avtomobilin sükanı arxasında R. Kadırov olub.
Çeçenistanın dövlət başçısı bildirib ki, Hüseynin buraya gəlməsindən olduqca şaddır. Həsənov dövlət başçısına "böyük qardaşım" deyə müraciət edib və bu dəvətə görə ona təşəkkürünü bildirib.
Hüseyn R. Kadırovla məsləhətləşib tezliklə toyunu Qroznı da edəcəyini söyləyib:
"Toyumu tezliklə Qroznı şəhərində edəcəyəm. Hamını da toyuma dəvət edirəm".
Həsənovun bu sözlərinə R. Kadırov "Əgər tamada mən olacağamsa, bu toy möhtəşəm olacaq (gülür). Əgər əllərimiz sıxıldısa, demək bu çox ciddi məsələdir. Bu toyun olacağını tezliklə gözləyirik" deyərək qarşılıq verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 01 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















