Kadırov Puqaçovanın Dudayev barədə açıqlamasına belə reaksiya verdi
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çeçenistan rəhbəri Ramzan Kadırov müğənni Alla Puqaçevanın müsahibəsində İçkeriya Respublikasının (Rusiyada qadağan olunmuş təşkilat) ilk prezidenti Coxar Dudayevlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Globalinfo.az xəbər verir ki, Kadırov öz teleqram kanalında Puqaçovanın sözlərini pafoslu və boş söhbət adlandırıb:
“Bizə xalq düşmənlərinin və Puqaçova kimi satqınların çeçen xalqı üçün ən çətin dövr haqqında mənasız düşüncələri lazım deyil”.
Onun sözlərinə görə, Dudayevin Çeçenistana gətirdiyi “faydalar” barədə yalnız çeçenlərin özlərindən soruşmaq mümkündür. Kadırov qeyd edib ki, Dudayevin şəxsi ambisiyaları və xalqın real problemlərinə biganəliyi nəticəsində bölgədə banditizm artıb və maliyyə sistemi tamamilə çöküb:
“Ölkə böhran içində olarkən, o, raket və tanklarla öyünürdü”.
Çeçenistan rəhbəri əlavə edib ki, mövzunu dərindən anlamayan bir sənətçinin bu cür pafoslu çıxışları bütöv bir xalqı qıcıqlandırmaq əvəzinə, öz daxilində qalmalıdır.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 15 Sentyabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















