Kadırov şayiələrə şahmatla cavab verdi FOTO KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Kadırov xəstəxanaya yerləşdirilməsi ilə bağlı şayiələrə oğluyla şahmat oynamağı ilə cavab verib.
KONKRET.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara sosial şəbəkədə paylaşdığı fotoyla cavab verib. “VKontakte”də yerləşdirilən şəkildə o, böyük oğlu Əhməd Kadırovla şahmat oynayır. Paylaşımda qeyd olunub ki, bu dostluq matçında “debüt gərgin keçib” və qalib Ramzan Kadırov olub.
Bu paylaşım son günlər mediada dolaşan xəstəxanaya yerləşdirilmə ilə bağlı iddialardan sonra Kadırovun ilk ictimai görünüşü olub. Lakin foto ilə bağlı bəzi detallar şübhə doğurub: kadrda bahara xas parlaq yaşıl yarpaqlı ağaclar görünür, Əhməd Kadırov isə havanın +30° olduğu bildirilən vaxtda qalın hudidə əks olunub.
Kadırovun Türkiyədə hospitalizasiya olunması ilə bağlı şayiələr beş gün əvvəl yayılıb. Çeçenistan rəhbərliyindən isə bu barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, Kadırov son səkkiz gündə heç bir ictimai tədbirdə görünməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 30 İyul 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















