Icma.az
close
up
RU
“KADIROV ÜSYANI...” Çeçenistan başçısı Putinin ətrafına savaş elan edir AzPolitika onlayn siyasiictimai qəzet

“KADIROV ÜSYANI...” Çeçenistan başçısı Putinin ətrafına savaş elan edir AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mətbuatın başı Rusiyanın Suriyadakı geosiyasi fiaskosuna qarışarkən, Rusiyanın öz daxilində, daha doğrusu, hakimiyyət ierarxiyasında maraqlı və simvolik hadisələr baş verir. Belə ki, Çeçenistan lideri Ramzan Kadırov bir neçə gün əvvəl Qroznıda Putin sayağı böyük açıq mətbuat konfransı keçirib və canlı efirdə bir çox maraqlı mövzulara toxunub.

Bununla da növbəti dəfə Çeçenistanı dövlət içində dövlət kimi təqdim etməyə çalışan Kadırov, eyni zamanda, Kremlə müəyyən sərt mesajlar verib. Kadırov birbaşa Putinin təyin etdiyi və onun ölkə daxilində “vuran əli” olan İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkini və Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsevi hədəf alıb. Bunun üçün əsas 14 yaşlı çeçen əsilli yeniyetmə Müslim Murdiyevin Moskvada həbs edilərək, məhkəmə qarşısına çıxarılması olub. Hazırda ev dustaqlığında olan Murdiyevin işi üzrə məhkəmə iclası dekabrın 18-nə təyin edilib. Səbəb onun rus yeniyetmələrlə davası, onlara bədən xəsarətləri yetirməsidir. Kadırov bunu DİN başçısı və İstintaq Komitəsi rəhbərinin çeçenlərə və ümumilikdə müsəlmanlara qarşı ayrı-seçkiliyi, diskriminasiyası, özbaşınalığı, təzyiqi kimi qiymətləndirib: “Biz uzun müddətdir Müslüm Murdiyevin işində iştirak edirik: hüquq müdafiəçiləri, deputatlar, senatorlar – bütün nümayəndələr, o cümlədən şəxsən mən. Yuxarıda oturan o adamlar, Bastrıkin, Kolokoltsev başda olmaqla istintaq orqanları öz yerlərində deyillər... Müslimin məhkəməsi dekabrın 18-dədir. Onu nə həbs edəcəklər, nə də ona bir zərər gələcək. Mən şəxsən hər kəslə danışmışam. O, tezliklə azad olunacaq".

Kadırov bununla da Putinin birbaşa vəzifə təyinatlarını sual altına alıb və nazirlə komitə sədrinin tutduqları vəzifəyə layiq olmadığını bildirib. Eyni zamanda göstərib ki, Rusiya hüquq-mühafizə və məhkəmə instansiyalarına təsir imkanlarına malikdir və istədiyi adamı məsuliyyətdən yayındıra bilər. Lakin buna 7 aydır ev dustaqlığında olan M.Murdiyevin məsələsində nə dərəcədə nail olacağı bir müddət sonra bilinəcək... 

Onun sözlərinə görə, Kolokoltsevin qanunsuz əmri ilə gəlmələrə qarşı özbaşınalıqlar törədilir: "Kolokoltsev əmr verib və gəlmələri, bizə lazım olan qardaşlarımızı döyürlər, saxlayırlar və qovurlar. Sonra isə deyirlər ki, heç kim bizimlə dost olmaq istəmir. Niyə biz Ukraynanı, Gürcüstanı itirdik? Niyə digər dövlətlərlə münasibətlər gərgindir? Çünki bu insanlar(Kolokoltsev və Bastrıkin kimi vəzifəlilər-red.) dövlət daxilində nələrin baş verdiyini bilmirlər. Onlar bölgələrə getmir, insanlarla ünsiyyət qurmurlar. Öz kreslolarında oturub qanunsuzluq edirlər, pəncərədən baxıb nə baş verdiyini görmürlər. Allah mütləq onları cəzalandıracaq".

Vladimir Putinin sözçüsü Dmitri Peskov növbəti dəfə Kadırovun açıqlamalarına şərh verməkdən imtina edib. Əvəzində, Rusiya DİN və İstintaq Komitəsi dərhal Kadırovun hədə-qorxularına cavab verib və çeçen yeniyetmənin digər yerlərdəki qanun pozuntularına, davalarına dair video paylaşaraq, ona qarşı qaldırılan cinayət işini əsaslandırmağa çalışıb. Bu, o deməkdir ki, mərkəzi güc strukturları Kadırovun qarşısından qaçmaq niyyətində deyillər və onlarla çeçen lider arasındakı qarşıdurma açıq müstəviyə çıxıb.

Lakin onu da xatırladaq ki, bu mərkəzi strukturlar Çeçenistanda demək olar, heç bir real səlahiyyətə malik deyillər. Hələ bir neçə il əvvəl Ramzan Kadırov Çeçenistan güc orqanlarına əmr vermişdi ki, respublika ərazisində ondan icazəsiz hər hansı mərkəzi güc strukturu xüsusi əməliyyat keçirərsə, həmin əməkdaşlara birbaşa atəş açılsın.

Çeçenistan liderinin əslində, Kolokoltsev və Bastrıkin barədə dediklərində həqiqət payı yüksəkdir. Doğrudan da son zamanlar Rusiyada həm qanunvericilik, həm də praktiki baxımdan güc strukturlarının timsalında qeyri-ruslara qarşı açıq hücumlar, özbaşınalıqlar, zorakılıqlar artıb. Nəinki miqrantlar, hətta Rusiya vətəndaşı olan qeyri-ruslar, xüsusilə də müsəlmanlar ciddi təzyiq və təhdid altındadırlar. Onları bir çox hallarda müxtəlif bəhanələrlə yoxlayır, həbs edir, döyür, vətəndaşlıqdan məhrum edir, ökədən qovurlar. Ya da hərbi qeydiyyata alaraq, Ukraynaya qarşı müharibəyə göndərirlər. Təbii ki, öz şəxsi maraqlarından çıxış edən Kadırov isə bütün bunların fonunda özünü Rusiyadakı müsəlmanların müdafiəçisi və lideri kimi önə çəkməyə çalışır. Çünki bu mövqe və Rusiyadakı müsəlmanların dəstəyi onun gücünə güc qata və gələcək hakimiyyətdaxili çəkişmələrdə, xüsusilə də Putinsiz Rusiyada Kadırova çox lazım ola bilər. Kadırovun təkcə “Niyə biz Ukraynanı, Gürcüstanı itirdik?” sualı Kreml üçün ciddi mesaj, siqnal sayıla bilər. Bu ona işarədir ki, Kreml və Putinin həndəvərindəki məmurlar, güc strukturları Kadırovla hesablaşmasalar, Çeçenistan da bir gün Ukrayna və Gürcüstan kimi Rusiyadan üz döndərə, başqa yol tuta, deməli, həm də Rusiyanın tərkibindən çıxa bilər. Onu da qeyd edək ki, Rusiya hakimiyyəti daxilində Bastrıkin və Kolokoltsevdən zəhləsi gedən təkcə Kadırov deyil. Bu işdə onun “Rosqvardiya”nın rəhbəri, general Viktor Zolotov da daxil olmaqla, xeyli tərəfdaşı var. Çeçenistan lideri sadəcə, bu iki güc bloku təmsilçisinə qarşı narazılığı açıq şəkildə dilə gətirməyi bacaran birisi kimi qabağa verilir. Məlum məsələdir ki, hazırda Putinin Ukraynadan başqa harasa, kiməsə güc, hətta vaxt ayırmaq imkanı yoxdur, Bunu hamıdan yaxşı Kadırov bilir. Ona görə də müharibədən sonrakı dövr üçün öz mövqelərini möhkəmləndirməklə məşğuldur.

Hazırda Kadırovla mərkəzi güc strukturları arasında yaranan gərginliyi bəziləri “Priqojin qiyamı” ərəfəsindəki vəziyyətlə müqayisə edirlər. Lakin Kadırov Priqojindən daha ağıllı və hiyləgərdir. Ondan fərqli olaraq, Kadırov şəxsən Putinin ünvanına nəsə demir, ona qarşı üsyan etmir, hələ ki...

Ancaq bu gedişlə nə vaxtsa yeni “Priqojin qiyamı”na bənzər situasiyanın yaranacağını da istisna etmək olmaz. Putinin Ukraynada ağır yaralanmış, qanı axan və Kreml sahibindən olduqca narazı ordusundan fərqli olaraq, Kadırovun ordusu “sap-sağlamdır” və öz rəhbərindən razıdır. Çeçenistan lideri öz döyüşçülərinin az qismini Ukrayna müharibəsinə göndərsə də, onları arxa planda saxlayır, mümkün qədər “qaynar nöqtələrə” soxmur və daha çox əmrə tabe olmayan, ölmək istəməyən rusiyalı əsgərlərə qarşı cəza dəstəsi kimi istifadə edir. Zamanı gələndə isə Kremlə yox, öz liderinə tabe olan, ona xidmət edən bu döyüşçülər Kadırovdan əmr alsalar, onlar üçün qarşısındakının Ukrayna, yoxsa Rusiya əsgəri olmasının heç bir fərqi olmayacaq...

Cəlal Məmmədov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri