Kadırovun xəstəliyi ilə bağlı şayiələrə CAVAB VERDİ ÖKÜZ KİMİ...
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandanı Apti Alaudinov Ukrayna teleqram kanallarında Çeçenistan rəhbəri Ramzan Kadırovun xəstəliyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Moderator.az xəbər verir ki, Alaudinovun NEWS.ru saytına müsahibəsində qeyd etdiyi kimi , o, 24 ildir ki, Ramzan Kadırovla yaxın olub və bütün bu müddət ərzində müxtəlif şayiələr eşidir. “Biz ya “həbs” olunuruq, ya da “vuruluruq”, artıq neçənci dəfə “ölmüşük”, başımıza nə gəlmir”, – o qeyd edib.
Alaudinov vurğuladı ki, Çeçenistan rəhbəri “öküz kimi sağlamdır, Ali Baş Komandanın onun qarşısına qoyduğu bütün tapşırıqları yerinə yetirir”.
Xatırladaq ki, bir gün əvvəl Ramzan Kadırov özünün Telegram kanalında Qroznının mərkəzi hissəsinə baxış keçirən və Aslanbek Şeripov küçəsinin genişmiqyaslı yenidənqurma layihəsinə başlamaq barədə göstəriş verdiyi video yayımladı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 Yanvar 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















