Kafedə dəhşət: həyat yoldaşının gözü önündə kürəyindən güllələndi ANBAAN VİDEO KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
İstanbulun Beşiktaş səmtində yerləşən kafelərdən birində qorxulu silahlı hücum hadisəsi baş verib.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, hadisə zamanı Cengiz Ş. (44) adlı şəxs həyat yoldaşının gözləri qarşısında arxadan yaxınlaşan qapüşonlu şəxs tərəfindən silahlı hücuma məruz qalıb.
Əldə olunan məlumatlara görə, hücum edən şəxs Cengiz Ş.-nin ensəsinə bir dəfə atəş açıb və hadisə yerindən qaçıb. Ciddi şəkildə yaralanan Cengiz Ş.-yə dərhal tibbi yardım göstərilib və o, əməliyyat üçün xəstəxanaya aparılıb. Həkimlər onun həyati təhlükəsinin davam etdiyini bildiriblər.
Hadisədən sonra şübhəli şəxs – Kadir N. (22) – Edirnədən xaricə çıxmaq istəyərkən polis tərəfindən saxlanılıb. Silahlı hücum anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Hazırda istintaq davam edir, hadisənin motivi və tərəflər arasındakı əlaqə araşdırılır. İstanbul ictimaiyyəti arasında geniş rezonansa səbəb olan bu hadisə şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini yenidən gündəmə gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 20 Aprel 2025 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















