Icma.az
close
up
RU
Türkiyədə DƏHŞƏT: məşhur aktrisanın gözü önündə güllələdilər VİDEO

Türkiyədə DƏHŞƏT: məşhur aktrisanın gözü önündə güllələdilər VİDEO

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ötən gün Türkiyənin İstanbul şəhərində yaşanan cinayət ölkədə böyük rezonans doğurub. 

Globalinfo.az xəbər verir ki, şəhərin Şişli bölgəsində Rüstem Elibol adlı şəxs aşpaz köməkçisi kimi çalışan keçmiş həyat yoldaşı Bahar Aksunu işə gedərkən küçənin ortasında qətlə yetirib.

Elibol və yanındakı iki kişi qadını əvvəlcə küçədə qolundan tutaraq maşına mindirməyə çalışıblar, lakin Aksu avtomobildən uzaqlaşmağı bacarıb. Bunu görən Elibol əlindəki silahla qadının boyun nahiyəsinə atəş açıb. Nəticədə Bahar Aksu yerə yıxılıb, lakin Rüstem Elibol yenə də silahla ona atəş açmağa davam edib. Qadın hadisə yerində ölüb. Məlumata görə, onlar 3 il əvvəl boşanıblar.

Polis Rüstem Elibol və yanındakı iki kişini şəhərdən qaçmağa çalışarkən tutub. Onun daha əvvəl də keçmiş həyat yoldaşını yaraladığı və təhdid etdiyi ortaya çıxıb.

Hadisənin görüntüləri anbaan lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb. Video ölkədə böyük rezonans doğurub. Nəticədə əksəriyyəti qadınlardan ibarət olan böyük kütlə hadisənin baş verdiyi Şişli ərazisinə axın edib və etiraz aksiyası keçiriblər.

Türkiyənin məşhur aktrisalarından Nur Sürer hadisəyə şahid olub. Aktrisa gördüklərinə görə şok keçirdiyini və çətinliklə özünə gəldiyini bildirib:

“İncəsənət insanları olaraq bu kimi hadisələrə qarşı illərdir mübarizə aparırıq. Lakin belə bir faciəyə ilk dəfədir şəxsən şahid olurdum. Səhər erkən saatlarda dörd dəfə ard-arda atəş açıldı, daha sonra iki dəfə də silah səsi eşidildi. Küçəyə çıxanda qadının yerə yıxıldığını gördüm. Qadın ilk olaraq “kömək edin” deyə səslənib, qonşular da bunu eşidib. Onu zorla avtomobilə mindirməyə çalışıblar. Lakin əllərindən qaça bilib, sonra arxadan atəş açaraq onu yaralayıblar. Daha sonra isə birbaşa başına atəş açdılar, özü də iki dəfə. Bələdiyyə gəldi, küçədəki qanı yudu, getdi. Qadınları öldürmək çox asanlaşıb, gün ərzində iki qadın qətlə yetirilir. Özümü çox pis hiss edirəm”.


Nur Sürer

Ayşən Mustafa
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:537
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri