Icma.az
close
up
RU
Kağız manat, yoxsa onun rəqəmsal dəyəri?

Kağız manat, yoxsa onun rəqəmsal dəyəri?

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Deyəsən, əskinaslar da muzey eksponatı olacaq

Son vaxtlar mediada kağız pul dövriyyəsinin tezliklə başa çatacağı bildirilir. Belə bir maliyyə gözləntisi isə nağdsız ödənişlərin həcminin davamlı olaraq artması ilə əlaqələndirilir. Bu fikrin təsdiqi kimi, müvafiq göstəricilər də xatırladılır və 2024-cü ildə Azərbaycanda kredit kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcminin 8 milyard manata yaxınlaşdığı, bu rəqəmin 2023-cü illə müqayisədə təxminən 45 faiz və ya 2 milyard 290 milyon manat çox olduğu vurğulanır.

İqtisadçı-ekspert Rəşad Həsənov mediaya açıqlamasında orta və uzunmüddətli dövrdə kağız pulların dövriyyədən çıxmasının qaçılmaz olacağını deyir: “Rəqəmsal iqtisadiyyata keçid bu prosesə ciddi təkan verir. Həm rəqəmsal valyutalar, həm də kriptovalyutalar ödəniş imkanlarını genişləndirir və nağdsız iqtisadiyyata keçidi sürətləndirir. Azərbaycanda da son dövrlərdə bankların tətbiq etdiyi müxtəlif təşviqedici amillər və qlobal kredit bazarlarının təsiri ilə nağdsız ödənişlərin həcmi artır. Kartlardan istifadənin genişlənməsi, eyni zamanda, ticarət münasibətlərinin və istehlak vərdişlərinin dəyişməsi ilə əlaqədardır. Onlayn ticarətin miqyasının genişlənməsi bu keçidi daha da sürətləndirir”.

İqtisadçının sözlərinə görə, bu prosesin müəyyən riskləri də mövcuddur. Belə ki, texniki problemlər, kibercinayətkarlıq, şəxsi məlumatların ələ keçirilməsi və hesablardan pul vəsaitlərinin oğurlanması kimi təhlükələr rəqəmsal ödəniş sistemlərinin əsas problemləri arasındadır. Lakin, ümumilikdə, bu risklər nağd vəsaitlərin istifadəsi ilə müqayisədə daha aşağıdır. Çünki nağd pulun saxlanması, itirilməsi və saxtalaşdırılması da ciddi problemlər yaradır. Digər tərəfdən nağd pulun emissiyası üçün əlavə xərclər tələb olunur, bu da iqtisadi baxımdan əlavə yükdür.

R.Həsənov daha sonra bildirir ki, bu aspektləri nəzərə alsaq, kartlar və digər rəqəmsal valyutalar vasitəsilə ödənişlərin həyata keçirilməsi daha məqsədəuyğundur. Bununla belə, təhlükəsizlik məsələlərinə diqqət yetirmək zəruridir. Məlumatların üçüncü şəxslərin əlinə keçməməsi üçün güclü parolların tətbiqi, etibarlı onlayn platformalardan istifadə və fərdi məlumatların qorunması kimi tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Bu kimi addımlarla rəqəmsal ödənişlər zamanı yaranacaq riskləri minimuma endirmək mümkündür.

Bəs respublikamızda bu sahədəki real vəziyyəti necə dəyərləndirmək olar? Ekspertlərin bu suala cavabında əvvəlcə Azərbaycanın indiki geosiyasi mənzərəsi barədə fikirlər diqqət çəkir. Bildirilir ki, əvvəllər ABŞ dolları ölkəmizin xarici ticarətində dominant mövqe tuturdu və hesablaşmaların, təxminən, 90 faizini təmin edirdi. Lakin indi beynəlxalq ödənişlərdə milli valyutalardan istifadənin artması, həmçinin rəqəmsal vəsaitlərə, o cümlədən kriptovalyutalara marağın güclənməsi müşahidə olunur. Bu dəyişiklərin qarşılanması respublikamızda rəqəmsal vəsaitlərin tənzimlənməsi üçün normativ-hüquqi bazanın işlənib hazırlanmasını sürətləndirib. Bununla da şəffaflığın artırılması və risklərin azaldılması üçün əlverişli şərait yaranıb.

Azərbaycan maliyyə sektorunun tənzimlənməsi, xüsusilə çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayns sahələrində əhəmiyyətli irəliləyiş əldə edir. Mərkəzi Bank maliyyə bazarının stimullaşdırılması və beynəlxalq tələblərə riayət olunması arasında balansı saxlamağa çalışır. Bu islahatlar nəticəsində Azərbaycan banklarının, xüsusilə ABŞ-dakı müxbir şəbəkəsi əhəmiyyətli dərəcədə genişləndirilir.

Beləliklə, geosiyasi gərginlik Azərbaycanın iqtisadi siyasətində dəyişiklikləri sürətləndirir, beynəlxalq hesablaşmalarda, maliyyə axınlarının tənzimlənməsində və inflyasiya riskləri ilə mübarizədə yeni reallığa uyğunlaşma tələb edir. Bu məqamda –“Azərbaycanda elektron pul bazarının inkişaf perspektivi varmı?”– sualına cavab da böyük maraq doğurur. Mütəxəssislər bildirirlər ki, artıq bir ildən çoxdur ki, respublikamızda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun qüvvəyə minib.

Azərbaycan Mərkəzi Bankı indiyə qədər bu qanuna uyğun olaraq 14 şirkətə elektron pul təşkilatı, 8 şirkətə ödəniş təşkilatı, “AzəriCard” MMC prosessinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Göründüyü kimi, ödəniş bazarında ən çox maraq elektron pul fəaliyyətinə göstərilir. Bəs Azərbaycanda elektron pul bazarının inkişaf perspektivi varmı? İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Azərbaycanda elektron pul bazarı digər ölkələrlə müqayisədə nisbətən gec formalaşıb. Yalnız son illər bu istiqamətdə hüquqi baza təkmilləşdirilib, elekton pul təşkilatları lisenziyalaşdırılaraq Mərkəzi Bankın nəzarəti altında fəaliyyət göstərirlər.

İqtisadçı-ekspertin sözlərinə görə, Azərbaycan bazarında inkişaf məqsədilə bir sıra layihələr həyata keçirilməlidir. Ən əsası isə təhlükəsizlik barədə ciddi düşünülməlidir. Çünki söhbət vətəndaşların vəsaitlərinin elektron pul emissiyası həyata keçirən qurumlara həvalə edilməsindən gedir. İnsanlar nağd pullarını elektron pullarla dəyişir. Odur ki, bu sistemin etibarlılığı təmin edilməlidir. Bu sahədə təhlükəsizlik tələblərinin zamanla vəziyyətə uyğun olaraq təkmilləşdirilməsi zəruridir.

Burada nəzarət zəiflədiyi halda, sistemə etibar azala bilər. Elektron pul bazarının genişlənməsi üçün burada yeni oyunçuların iştirakına imkan yaradılması, eləcə də elektron pullar vasitəsilə ödəniş imkanlarının artırılması da vacibdir. Elektron ticarətin inkişafı da ölkə daxilində bu cür pullardan istifadənin genişlənməsinə, bu istiqamətdə təşəbbüslərin artmasına səbəb ola bilər.

Mərkəzi Bankın şöbə rəisi Xəyaləddin Tağıyev isə gələcəkdə elektron pul bazarının bank sektorundan asılılığına son qoyulacağını bildirir. Qeyd edir ki, hazırda elektron pul və ödəniş təşkilatları hesablaşmaları sistem əhəmiyyətli ödəniş sistemləri vasitəsilə həyata keçirir və bu da onları banklardan asılı vəziyyətdə saxlayır. Məqsəd isə ödəniş bazarı iştirakçılarının hesablaşmaları müstəqil formada yerinə yetirmələridir: “Bu isə o deməkdir ki, onlar sistem əhəmiyyətli ödəniş sistemlərində müxbir hesab açmalıdırlar. Hazırda bunun tez olduğunu düşünürük, amma gələcəkdə müxbir hesabın açılmasına şərait yaradılacaq”.

X.Tağıyevin sözlərinə görə, Mərkəzi Bank rəqəmsal pul bazarının inkişafı üçün struktur islahatlarına başlamağı da planlaşdırır. Belə ki, 2024–2026-cı illər üçün müəyyən edilmiş strateji çərçivədə elektron pul təşkilatlarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi üzrə işlər görülür. Bu addımlar bazarın müstəqilliyinin artırılmasına və elektron ödəniş sistemlərinin daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratmağa hesablanır.

Mərkəzi Bankın məlumatına görə, rəqəmsal manatın geniş ictimaiyyət üçün əlçatanlığının gerçəkləşdiriləcəyi, eyni zamanda, beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq prosesinin mərhələli şəkildə həyata keçiriləcəyi nəzərdə tutulur.

Bildirilib ki, rəqəmsal manatın məqsədləri və konsepsiyası ilk mərhələdə müəyyən olunacaq. Pilot layihənin həyata keçirilməsi üçün seçilmiş maliyyə institutları və iri şirkətlərlə əməkdaşlıq diqqətdə saxlanılacaq. Məhdud dövriyyə və əməliyyat limiti tətbiq ediləcək. Texniki infrastrukturun sabit fəaliyyəti və təhlükəsizlik tədbirlərinin səmərəliyi də sınaqdan keçiriləcək.

Sonrakı mərhələdə isə rəqəmsal manat geniş ictimaiyyətin istifadəsinə açıq olacaq: “Fiziki və hüquqi şəxslərin gündəlik əməliyyatlarda rəqəmsal manatdan istifadə etmək imkanı olacaq. Maliyyə inklüzivliyinin artırılması və nağdsız iqtisadiyyatın təşviq edilməsi məqsədilə rəqəmsal manatın ödəniş sistemlərinə tam inteqrasiyası həyata keçiriləcək. Regional və beynəlxalq ticarət əməliyyatlarında rəqəmsal manatın istifadəsi ilə bağlı perspektivlər dəyərləndiriləcək. Bütün bu proseslər maliyyə bazarının iştirakçıları ilə sıx əməkdaşlıq çərçivəsində və beynəlxalq tənzimləmə standartlarına uyğun həyata keçiriləcək”.

Amma bir müddət bundan əvvəl mediada Mərkəzi Bankın nümayəndəsi bildirdi ki, adıçəkilən qurumda rəqəmsal valyutanın hazırlanması istiqamətində iş aparılır və bu zaman başqa ölkələrin təcrübəsi öyrənilr, yaxından izlənilir. Məsələn, respublikamızda əsasən, Qazaxıstan təcrübəsini üstünlük verilir. Çünki bu ölkənin təcrübəsində əldə edilən müsbət nəticə daha çox diqqət çəkir və ona görə də hazırda onun tətbiqi araşdırılır. Nigeriyada isə tam fərqli bir mənzərə – mənfi nəticələr izlənilir.

Beləliklə, qeyd edilənlərdən belə bir qənaət hasil olur ki, Azərbaycan Mərkəzi Bankı bu sahədə aparılan qlobal təcrübələri nəzərə alaraq, hazırda rəqəmsal manatın tətbiq imkanlarını öyrənib qiymətləndirir. Beynəlxalq Valyuta Fondunun texniki yardımı çərçivəsində isə rəqəmsal manatın iqtisadi təsirləri, hüquqi çərçivəsi və texnoloji infrastrukturu ilə bağlı geniş təhlillər aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri