Icma.az
close
up
RU
Kaliforniya Danimarkanın tərkibinə daxil ediləcək? Ştatın satınalınması üçün qiymət hesablanır

Kaliforniya Danimarkanın tərkibinə daxil ediləcək? Ştatın satınalınması üçün qiymət hesablanır

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Danimarkanın "Denmarkification" təşəbbüs qrupu Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək cəhdinə cavab olaraq krallığa Kaliforniya ştatını satınalmağı təklif edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri məlumat verib.

Məlumata görə, kampaniyanın təşəbbüskarı Ksavye Dyutua nəşrə bildirib ki, Kaliforniya bir trilyon dollara başa gələcək.

Onun fikrincə, ABŞ ilə təmaslar konstruktor istehsalçısı olan "Lego"nun nümayəndələri tərəfindən aparılmalıdır, çünki çatışmayan parçalara görə əsəbiləşən uşaqlarla ünsiyyət onları danışıqlar sahəsində mütəxəssis edib.

Kaliforniyanın satınalınması üçün vəsaitin "kraudfandinq" (kütləvi maliyyələşdirmə) yolu ilə toplanması təklif olunur.

"Hər bir danimarkalıya cəmi 200 000 kron düşür", - deyə "Denmarkification"un saytında bildirilib.

Qrup indiyədək nə qədər pul toplandığını açıqlamır, lakin qeyd edir ki, ştatın Danimarkanın tərkibinə daxil edilməsinə dair petisiyanı artıq 198 mindən çox insan imzalayıb. Təşəbbüsün müəllifləri hesab edirlər ki, Tramp Kaliforniyanı satmağa razı olacaq, çünki o, ştatın "elə də böyük pərəstişkarı" deyil və onu dəfələrlə ölkədə "ən dağılmış şəhər" adlandırıb.

Xatırladaq ki, Tramp yanvarın 7-də Qrenlandiyanın ABŞ-yə qoşulmalı olduğunu deyib. O, Danimarkanın adadan imtina etməyəcəyi təqdirdə, ölkəyə qarşı yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib. Hətta ilk prezidentlik dövründə (2017-2021) Tramp Qrenlandiyanı almağı təklif edirdi. O vaxt olduğu kimi, Danimarka və Qrenlandiya hakimiyyəti bu ideyanı rədd ediblər.

Qeyd edək ki, Qrenlandiya muxtar ərazi kimi Danimarkanın tərkibinə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq müqavilə imzalayıblar. Buna uyğun olaraq, ABŞ adanı təcavüzdən qorumaq öhdəliyini öz üzərinə götürüb. Burada raket hücumu xəbərdarlığı sisteminin tapşırıqlarını yerinə yetirən ABŞ-nin "Pituffik" kosmik bazası yerləşir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri