Kaliforniyada təyyarə qəzası: 2 uşaq ölüb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
ABŞ-nin Kaliforniya ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki uşaq ölüb, iki böyük isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Post” və “San Francisco Chronicle” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Hadisə sentyabrın 5-də yerli vaxtla saat 13:50 radələrində Fresno hava limanının yaxınlığında, San-Xoakin çayı ərazisində baş verib. Təyyarədə ümumilikdə dörd nəfər olub.
Xilasedicilər hava gəmisinin qalıqlarını çayın yaxınlığındakı uçurumda aşkar ediblər. “New York Post”un məlumatına görə, qəza nəticəsində ərazidəki yamacda yanğın da baş verib.
İki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ölən uşaqların şəxsiyyəti və dəqiq yaşları hələlik müəyyən edilməyib.
Qəzanın səbəbləri məlum deyil. Hadisənin araşdırılmasına ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 06 Sentyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















