“Kamança 20/20” tamaşasının məşqlərinə başlanıldı
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.
Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli yazıçı-dramaturqu Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb.
Kulis.az xəbər verir ki, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik edib, uğurlar arzulayıb.
Tamaşada Xalq artistləri Sabir Məmmədov, Kazım Abdullayev, əməkdar artistlər Gülşad Baxşıyeva, Elnar Qarayev, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Şəhla Əliqızı, Lalə Süleymanova, Səmayə Qulamzadə, Nəzrin Abdullayeva, Xədicə Novruzlu, Xədicə Bayramova, Elşən Əskərov, Elsevər Rəhimov, Vüsal Mustafayev, Elçin Nurəliyev, Kənan Hüseynov, Nihad Aslan, Əliulla Vəliyev, Rüfət Əhmədov, Muhuma Sahov, Əli Rasimoğlu və Rəvan Səmədov iştirak edirlər.
Yeni səhnə əsərinin quruluşçu rejissor və səhnələşdirmə müəllifi Nihad Qulamzadə, quruluşçu rəssamı İlham Əsgərov, bəstəkarı Vüqar Babayev, qrafik həll Binyamin Sailov, işıq üzrə rəssamı Rafael Həsənov, dekor -konstruktoru Şakir Məmiyev, rejissor assistenti Fəridə Zülfüqarlıdır.
“Kamança 20/20” tamaşası ölməz Cəlil Məmmədquluzadənin eyniadlı pyesinin motivləri əsasında hazırlanmış müasir səhnə yozumudur. Tamaşa klassik mətnin ideya mahiyyətini qorumaqla yanaşı, onu XXI əsrin tarixi və mənəvi reallığı ilə üz-üzə gətirir. Tamaşanın əsas fərqləndirici cəhəti müharibəni təkcə qəhrəmanlıq və ya məğlubiyyət prizmasından deyil, insan vicdanı, seçim azadlığı və mənəvi məsuliyyət kontekstində təqdim etməsidir. Bu yaddaş dramı 1920 və 2020-ci illərin Qarabağ müharibələrini paralel şəkildə birləşdirir.
Məşhur aktyor vəfat etdi İspaniyalı repçi Ginnesin Rekordlar Kitabına düşdü - Sərbəst üslublu deyişmə üzrə Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı oldu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 13 Noyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















