Kamçatkada 14 yaşlı qız zəlzələ anında uşaq dünyaya gətirib
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Kamçatkada baş verən 8.7 bal gücündə zəlzələ anında 14 yaşlı qız uşaq dünyaya gətirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, doğuş zamanı qızın yanında onun 35 yaşlı anası, anestezioloq və mama-ginekoloq olub.
Həkimlər özlərini itirməyiblər və doğuş uğurla keçib, 2 kq 950 qram çəkidə sağlam qız uşağı dünyaya gəlib. Körpəyə Evelina adı verilib.
Ailə yerli hakimiyyət orqanlarına həkimlərin dövlət mükafatına təqdim edilməsi ilə bağlı müraciət etməyi planlaşdırır.
Qeyd edək ki, yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb.
Baxış sayı:32
Bu xəbər 30 İyul 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















