Icma.az
close
up
RU
Kamçatkada baş verən zəlzələ ilə bağlı nələr məlumdur? SON MƏLUMATLAR

Kamçatkada baş verən zəlzələ ilə bağlı nələr məlumdur? SON MƏLUMATLAR

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Federasiyasının Kamçatka yarımadasında son onilliyin ən güclü zəlzələlərindən biri qeydə alınıb.

Təbii fəlakət yalnız regionda deyil, Yaponiya, Alyaska və Havay adalarında da sunami təhlükəsinə səbəb olub.

APA zəlzələ ilə bağlı son məlumatları təqdim edir:

- Yeraltı təkanlar yerli vaxtla saat 11:30-da başlayıb. Şahidlərin sözlərinə görə, həmin an evlərdə mebellər tərpənib, məişət texnikası aşıb, avtomobillərin siqnalları işə düşüb.

- Petropavlovsk-Kamçatkada yerləşən 15 nömrəli uşaq bağçasında təmir zamanı divarlar çöküb. Binada uşaqlar olmayıb və fəhlələr vaxtında təxliyə olunublar.

- Şəhərin uşaq poliklinikası müvəqqəti olaraq bağlanıb.

- Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin məlumatına əsasən, əsas zəlzələnin maqnitudası 8,7 olub. Daha sonra Kamçatka sahillərində maqnitudası 5,8-ə qədər olan təkrar yeraltı təkanlar qeydə alınıb.

- Yelizovo rayonunda 4 metrlik sunami dalğası müşahidə olunub.

- İlk sunami dalğaları Şimalı Kuril sahillərinə də çatıb. Şahidlərinin dediyinə görə, dalğalar balıq emalı zavodunu yuyub aparıb, ərazidə həyəcan siqnalı eşidilib.

- Təxminən 1 saat ərzində Kamçatka sahillərində maqnitudası 5-dən yüksək olan səkkiz zəlzələ baş verib.

- Yelizovo aeroportunda altı reysin yola salınması gecikdirilib. Terminalda tavan panelləri, işıqlandırma plafonları və üzlüklər aşıb, vitrinlər tərpənib. Bir qadın xəsarət alıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

- Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı bildirib ki, 7,5 maqnitudalı güclü afterşoklar (təkrar təkanlar) ən azı bir ay davam edə bilər.

- Şimalı Kuril limanından 300-ə yaxın insan təxliyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 İyul 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri