Icma.az
close
up
RU
Kamerunlu ulduz “ağ qaralar”ı ağ günə çıxaracaqmı?

Kamerunlu ulduz “ağ qaralar”ı ağ günə çıxaracaqmı?

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda ölkə futbolunun gündəm mövzularının başında “Neftçi”nin yeni transferi dayanır. Bəli, “ağ-qaralar”ın çoxdan yolunu gözlədiyi kamerunlu hücumçu Vensan Abubakar şənbədən bazara keçən gecə Bakıya təşrif buyurdu.

Mübaliğəsiz Azərbaycan futbol tarixində ən səs-küy yaradan transferlərdən biridi. İndiyə qədər heç bir legioner futbolçunun ölkəyə qədəm qoymasını azarkeşlər belə coşqu ilə qarşılamamışdı. Burda əsas rolu elə klub oynadı. Şənbə günü günorta saatlarında bununla bağlı elan verdilər, hava limanında anşlaq, ajiotaj yaranmasına səbəbkar oldular.
Bəs Portuqaliyada “Portu”nun, Türkiyədə “Beşiktaş”ın heyətində titullar qazanan futbolçu “Neftçi”yə nə dərəcədə fayda verə bilər?
Faydası yüz faiz dəyəcək. Ən azı piar baxımından. Həm özünə, həm də rəqiblərə. Abubakara görə stadiona gələn azarkeşlərin sayı ən azı iki dəfə artacaq. Buna heç bir şübhə yoxdu. Ölkədə forma satışı mədəniyyətini ən yaxşı şəkildə həyat keçirən klubun “Neftçi” olduğunu nəzərə alsaq, şəhərdə bundan sonra Abubakarın 45 nömrəli forması ilə daha çox azarkeş görə bilərik. Düzdü, Abubakar Azərbaycana gələn birinci ulduz futbolçu deyil.
Bu günə qədər “Neftçi” özü, Emil Mpenza, Keysuke Honda, “Qarabağ” Asmir Beqoviç, “Səbail” Mayk Essyen, “Xəzər Lənkəran” Oqtay Dərəlioğlu transferi ilə yadda qalıb. Bunlar arasında ən çox fayda verən Honda olub. Samir Abasov dönəmində yaponiyalı ulduz 7-8 oyunluq, mövsümün sonu üçün gətirilmişdi. O mövsümün finalında da “Neftçi” yeddi ildən sonra çempion oldu. İndi isə Abubakar var. Piar xeyri verəcək, bəs oyun, nəticə?
Vensan iki mövsüm əvvəl Konfrans Liqasının təsnifat mərhələsində “Beşiktaş”ın heyətində “Neftçi”yə iki qol vurmuşdu. Hər iki qolu da keyfiyyəti hesabına. 33 yaşı var. Yaşının saxtalaşdırılması ilə bağlı xəbərlər şayiədən başqa bir şey deyil. Dünya dempionatında iki dəfə oynamış, üçüncüyə hazırlaşan biri, mərkəz hücumçusu, qol duyumu çox yüksək dərəcədə olan futbolçu “Neftçi” üçün vacib idi. Amma komandaya uyğunlaşması nə qədər vaxt alacaq, bu da ayrı sualdı.
Fiziki formasını bərpa etməsi, yəqin ki, çox çəkməz. Beş aya yaxındı futbol oynamasa da, fərdi qaydada məşq edib. Bu səviyyəli futbolçular heç vaxt “futbolun başını buraxmır”. Ən azı fərdi məşq etməsəydi, heç milliyə də çağrılmazdı. Belə taran tipli forvard çoxdan “Neftçi”də olmayıb. Son nümunə kimi Baqali Dabonu göstərə bilərik. Saldanya da var idi, amma bu tip hücumçu deyildi.
Abubakar elə futbolçudu ki, hər epizoddan qol çıxara bilər. Çətini, yəqin ki, çempionata uyğunlaşmaq olacaq. Çempionatı ciddiyə alsa, rəqiblərə xəfif yanaşmasa, hər şeyin öhdəsindən gələr. Afrikalı futbolçudu. İntizam problemi var. Türkiyədə də intizamla bağlı yaşadığı problemlər qulağımıza gəlib çatırdı. Abubakarı psixoloji cəhətdən hazırlamalı olan bir nəfər var – Samir Abasov. Son mətbuat konfransında “Abubakarı görüb rəqib müdafiəçilər daha yaxşı oynayacaq, bu bizə çətin olacaq” deməklə ümid edək ki, gələcək üçün özünə “ayaq yeri qoymadı”. Heç vaxt ağlıma gəlməzdi ki, Abubakarın gəlişini də pis tərəfə yozmaq mümkün ola...
Abubakar komandada aşkar fərq yarada bilməsə, bu da ciddi problem yaradacaq. Mövsümün əvvəlində klubun idman direktoru Cenk Sümerin “əsas məqsədimiz maliyyə balansını düzəltməkdi” deməsi ilə 500 min avroluq maaşla futbolçu gətirmək tərs-mütənasibdi. Lakin Abubakar həqiqətən də Abubakar olduğunu göstərsə, can da qurban verilər.
Təki xeyirli olsun. Ümid edək ki, məhz Abubakar “ağ-qaralar”ı ağ günə çıxaracaq.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri