Icma.az
close
up
RU
Kamil Həmzəoğlu iş adamlarına müraciət edib Səbəb

Kamil Həmzəoğlu iş adamlarına müraciət edib Səbəb

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Jurnalist, Etikxeber.az saytının rəhbəri Kamil Həmzəoğlu (Həmidov) ölkənin xeyriyyə qurumlarına, tanınmış İş adamlarına öz FACEBOOK sosial şəbəkə hesabından Müraciət ünvanlayıb.

Mia.az Etikxeber.az-a istinadla xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Cənablar!

Yazıb Sizlərə bildirmək istəyirəm ki, mən-52 yaşlı, 3 övlad atası, iki kitab müəllifi Kamil Həmzə oğlu Həmidov (KAMİL HƏMZƏOĞLU) ali təhsilli-37 ilin jurnalistiyəm. Ölkə Prezidenti tərəfindən jurnalistikadakı fəaliyyətimə, zəhmətimə, əməiymə görə “Tərəqqi” medalı ilə (2015) təltif olunmuşam və İkinci Jurnalistlər Binasından (2017) mənzil verilib. Çox sağ və var olsun!

…İkinci Vətən Müharibəsi başlayan (və bitən) gündən-27 sentyabr 2020-ci il tarixindən də bu yana-4 il 3 ay yarım ərzində də bütün günü Şəhid məclislərində, Şəhid tədbirlərində, Şəhid və Qazi ocaqlarındayam. Şəhidlərimizin, Qazilərimizin, Vətən sevdalılarımızın təbliği, tanıdılması ilə məşğulam.

Eyni zamanda, Şəhid və Qazi ailələrinin, müharibə iştirakçılarının problemlərinin, qayğılarının qərəzsiz, vicdanlı, obyektiv şəkildə işıqlandırılması, aidiyyatı-rəsmi qurumlara çatdırılması və onların həll olunması yolunda ciddi səylər göstərirəm. Burada yazmağı düzgün və etik hesab etmirəm, amma neçə-neçə Şəhid ailəsinin, neçə-neçə Qazimizin…ev, mənzil, iş, əlillik…məsələlərinin həllində çox yaxından və birbaşa şəkildə iştirak etmirəm və edirəm…Buna Allahım və vicdanım şahiddir!

…Qeyd etdiyim kimi, bütün günü yollardayam səhhətimdə çoxsaylı problemlərə rəğmən, bəzən də ac-susuz…Ölənəcən də bu müqəddəs yolda olacağam! İçimdəki Şəhid və Qazi sevgisini də məndən yalnız ölüm və Allahım ala bilər, başqa kimsə yox!!! Bəli, bəzən bilərəkdən, qəsdən, bəzən də bilməyərəkdən…deyirlər ki, “Şəhid və Qazi ocaqlarına nə ilə gedib-gəlirsən, kimsə səni maliyyələşdirirmi? Pulu haradan tapırsan? Burada məqsədin nədir? Başqa işin-gücün yoxdurmu? Şəhid və Qazi ailələrinin dərdi-problemi sənəmi qalıb? Səndən başqa jurnalist yoxdurmu? Başına işmi qəhətdir, get çörəyini qazan?…” Və sair və ilaxır…

Bu “sualları” eşitdikçə çox üzülürəm, bəzən də çox əsəbləşirəm… Görəsən, Şəhid ailələrinin, Qazilərimizin…yanında və onlara dəstək olmaqdan da ŞƏRƏFLİ missiya varmı???!!! Ancaq çox təəssüf ki, çoxları bunu anlamaq və dərk etmək qabiliyyətində deyil, çoxları hər şeyi də öz arşını ilə ölçür…Nə isə!

Sizlərə müraciət ünvanlamağın-özü də açıq şəkildə və sosial şəbəkədən-səbəbi isə odur ki, artıq maddi durumum (hələ səhhətimi, ailəmi bir kənara qoyuram) Şəhid tədbirlərinə, Şəhid və Qazi ocaqlarına getməyimə, onlara dəstək olmağıma imkan vermir…Bəzən və çox zaman borcu borc üstə yığıram…Əgər şəxsən mənə, mənim iştirakıma ehtiyac olmasaydı…bu barədə susardım, danışmazdım, necə ki indiyə kimi susmuşam, danışmamışam, kimsəyə ağız açmamışam…

…Bəli, təvazökarlıqdan uzaq olmasın, Şəhid ailələrinin və Qazilərin böyük əskəriyyəti məni yanlarında, tədbirlərində görmək istəyirlər…təmənnasızlığıma, səmimiyyətimə, insanlığıma, gözü və könlü tox, onlara mənəvi…dəstək olmağıma görə… 2019-cu ildən-Oxu.Az-dan ayrılandan bu yana rəsmi-maaşlı heç bir yerdə işləmirəm…2016-cı ildən təkbaşına ərsəyə gətirdiyim, işlətdiyim, doğma övladım kimi sevdiyim “Etikxeber.az” saytının rəhbəriyəm, heç bir yerdən də maliyyələşmirəm…Sadəcə, cüzi və cüzi qazancımla dolanıram 6 nəfərlik ailə başçısı kimi…

Ona görə Sizlərə müraciət edərək Şəhid və Qazilərimizin tanıdılması, onların ailələrinin qayığılarının işıqlandırılması və həllini tapması yolunda fəaliyyətimi daha səmərəli şəkildə davam etdirməyim üçün mənə, saytıma açıq şəkildə DƏSTƏK olmağınızı-maddi DƏSTƏK göstərməyinizi istəyirəm.

İndiyə kimi bu barədə yazmağa, müraciət etməyə də çox utanırdım…Amma Şəxsiyyətinə hörmətim olan bir neçə nüfuzlu ziyalımızın məsləhtlərindən, tövsiylərindən sonra Sizlərə müraciət etmək qərarına gəldim…Dəstək olsanız da sağ olun, olmasanız da. Onsuz da yoluma necə davam etmişəmsə, bundan sonra da davam edəcəyəm! Öncədən də hər birinizə təşəkkürlər!

Allah yolumuzu açıq etsin!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://mia.az
archiveBu xəbər 06 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri