Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Şəhid ailələri, Qazilər, müharibə veteranları və tanınmış sənətçilər jurnalist Kamil Həmzəoğlu ilə bağlı ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİLƏR

Şəhid ailələri, Qazilər, müharibə veteranları və tanınmış sənətçilər jurnalist Kamil Həmzəoğlu ilə bağlı ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİLƏR

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Bugünlərdə bir qrup Şəhid ailəsi, Qazi, müharibə veteranı və tanınmış sənət adamları jurnalist, Etikxeber.az saytının rəhbəri Kamil Həmzəoğlu (Həmidov) ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərova, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılova və Mətbuat Şurasının sədri Rəşad Məcidə ayrı-ayrılıqda müraciət ünvanlayıblar.

Ümumilikdə 3 müraciətə 100-dən çox Şəhid ailəsi, Qazi, müharibə vetranı və tanınmış sənətçilər imza atıblar.

İmza atan şəxslər arasında hər iki övladını Şəhid vermiş Şəhid anaları-Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova, Musa və Tural Həsənovların anası Nəhayət Həsənova, iki oğlunu Şəhid vermiş-Tacir və Nazir Allahverdiyevlərin anası Mailə Allahverdiyeva, Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan Xəlilova, Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin anası Nənəxanım Ağayeva, tək övladlarını Şəhid vermiş analar-Arzu Hüseynova, Lətafət Budaqova, Əməkdar artist Firuzə İbadova, tanınmış bəstəkar və müğənni Ruslan Səfəroğlu, tək oğullarını Şəhid vermiş Şəhid valideynləri, Şəhid anaları-Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenli Şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədova atası Habil Məmmədov, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova və atası Faiq Abduləlimov, “Azərbaycan Bayrağı” ordenli Şəhid Emil Sadıqzadənin anası Şəlalə Əsədova və atası Əziz Sadıqov, Şəhid Fariz Qurbanovun anası Lətafət Qurbanova, Şəhid Məhəmməd Məmmədlinin anası Mehriban Məmmədova, Şəhid Ruslan Cəfərlinin anası Tahirə Nağıyeva və atası Nəcəf Cəfərov, Şəhid Elmin Əlizadənin anası Aynur ƏliyevaSamir Əliyev, Şəhid Elşən Kərimovun anası Natella (Arzu) Yusibova və atası Rövşən Kərimov, Şəhid Səbuhi Hüseynlinin anası Samirə Əhmədxanova, Şəhid Səid Ədilovun anası Əzizə Ədilova və atası Həsən Ədilov, Şəhid Hüseyn Rzayevin anası Yeganə Rzayeva, o cümlədən “Azərbaycan Bayrağı” ordenli Devran Nayıbovun anası Xuraman Mirzəyeva (Nayıbova), Şəhid və Qazi anası Simuzər Bağıyeva, Şəhid və Qazi atası-müharibə veteranı İlqar Əliyev, Şəhid və Qazi anası Pərvanə Nadirova, Şəhid anası, Şəhid və Qazi bacısı Zərqələm Kazımova, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Şəhid Nurlan Quliyevin anası Zülfiyyə Quliyeva, Şəhid anası və Qazi bacısı Mərifət Həsənova, Şəhid Vüsal Teymurovun anası Nahidə Teymurova, “Azərbaycan Bayrağı” ordenli-Qazi Polad Mədəni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli-Qazi Saleh Fətullayev, 12 medallı-Qazi Tural Əliyev, Qazi və müharibə veteranları-Gündüz Musayev, Müzəffər Abbasov, Fuad Həsənov, Ucal Əliyev, Aqil Yusifov, Asif Hüseynov, Aqil Eminov, Seymur Məmmədov, Şahin Zeynalov, Pərvin Hüseynov, Samir Ağayev, Zakir Vəliyev və digərləri var.

Turkustan.az müraciəti olduğu kimi təqdim edir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirik ki, biz Şəhid ailələri, Qazilər, müharibə veteranları və Şəhidsevər ziyalılar hər zaman Azərbaycan dövləti və dövlətçiliyini müdafiə etmişik, Azərbaycan dövlətinin yanında olmuşuq. Sizin uğurlu daxili və xarici siyasət kursunuzu dəstəkləmişik. Çünki Sizin uğurla davam etdirdiyiniz, həyata keçirdiyiniz daxili və xarici siyasət kursu hər zaman Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edib. Məhz bu uğurlu siyasət kursunun nəticəsidir ki, Qarabağımız 30 illik işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi onun hər qarışında təmin edilib. Qarabağımızda, işğaldan azad olunmuş digər ərazilərimizdə artıq əsl diçəliş, intibah dövrü yaşanır. Sizin rəhbərliyinizlə Qalib Azərbaycan dövləti hər gün yeni bir TARİX yazır.

Eyni zamanda, Sizin 22 illik hakimiyyətiniz dövründə mətbuatın inkişafı, söz azadlığının təmin edilməsi istiqamətində misli bərabəri olmayan işlər görülüb, addımlar atılıb. Media nümayəndələri, qələm sahibləri Azərbaycanın orden və medalları, fəxri adları ilə təltif olunub, 400-dən artıq jurnalist mənzillə təmin edilib. Onu da qeyd edək ki, jurnalistlərin evlə, mənzillə təmin olunması dünyada analoqu olmayan bir tarixi hadisədir.

Qarşıdan mətbuatımızın 150 illiyi gəlir. Çox güman ki, bu dəfə də qələm sahibləri, əməyi, zəhməti olan media təmsilçiləri bu əlamətdar hadisə ilə Sizin tərəfinizdən təltif ediləcəklər. İstərdik ki, təltifə layiq görülənlər arasında peşəkar və vicdanlı jurnalist, 37 ilin media mənsubu olan Kamil Həmzəoğlu (Həmidov) da olsun. Çünki 27 sentyabrdan bu yana-son beş ilə yaxın müddətdə bəlkə də yeganə jurnalist və ziyalıdır ki, gecə-gündüz, isti-soyuq bilmədən hər an bizlərin-mənəvi təsəlliyə ehtiyacı olan Şəhid ailələrinin, Qazilərin, müharibə veteranlarının yanında olub. Bizlərlə gülüb, bizlərlə sevinib, bizlərlə ağlayıb, bizlərlə kədərlənib. Hər zaman bizlərlə, bizlərdən biri olub. Bunu bütün Şəhid ailələri, Qazilər, müharibə veteranları təsdiqləyə bilər. Rəhbərlik etdiyi və kimsənin köməyi olmadan işlətdiyi Etikxeber.az saytı son 5 ilə yaxın müddətdə bizlərin-Şəhid ailələrinin, Qazilərin, müharibə veteranlarının ruporuna, tribunasına çevrilib. Hər gün neçə-neçə Şəhidimiz, Qazimiz, müharibə veteranımız barədə yazılar Etikxeber.az-da işıq üzü görür. Hər gün bu saytda Şəhidlərimiz, Şəhid ailələri, Qazilərimiz, veteranlarımız işıqlandırılır, təbliğ olunur, tanıdılır.

Çox hörmətli Müzəffər Ali Baş Komandanımız!

Ona görə Sizdən xahiş və rica edirik ki, mətbuatımızın 150 illiyi ilə bağlı imzalayacağınız növbəti sərəncamlarınızda, təltiflərinizdə “Tərəqqi” medallı, 37 ilin peşəkar jurnalisti Kamil Həmzəoğlunun (Həmidov) da adı olsun. Jurnalistikadakı fəaliyyətinə, xidmətlərinə görə “ƏMƏKDAR JURNALİST” fəxri adı və çətin maddi-sosial durumu nəzərə alınaraq, PREZİDENTİN FƏXRİ TƏQAÜDÜ ilə təltif edilsin.

İnanırıq və əminik ki, belə də olacaq, bizlərin müraciəti nəzərə alınacaq, öz müsbət həllini tapacaq və təltif olunanlar arasında Kamil Həmzəoğlu (Həmidov) da olacaq.

Öncədən də Sizə öz dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 İyul 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri