Kamilo Duran: Atletik Bilbao səfərinə üç xal qazanmaq üçün gedirik
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandaya xeyir vermək istəyirəm".
Oxu.Az xəbər verir ki, bu barədə "Qarabağ"ın hücumçusu Kamilo Duran "Turan Tovuz"la oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hər zaman məşqçinin tapşırıqlarına uyğunlaşmağa çalışır:
"Qurban Qurbanov məni hansı mövqedə oynatsa, komandama xeyir vermək üçün əlimdən gələni edəcəyəm. Bu, mərkəzdə, yaxud cinahda olmağımdan asılı olmayaraq həmişə belə olacaq".
Futbolçu eyni zamanda "Qarabağ"ın 'Atletik Bilbao"ya qarşı oyunundan da danışıb:
"Atletik Bilabo" üçün əlavə şərhə ehtiyac yoxdur. Onların güclü komanda olduğunu bilirik. Bununla belə, biz ora üç xal qazanmaq üçün yollanırıq".
Qeyd edək ki, "Qarabağ"ın "Atletik Bilbao"ya qarşı oyunu oktyabrın 22-si saat 20:45 də start götürəcək.
Murad Nəsimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 17 Oktyabr 2025 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















