Icma.az
close
up
RU
Kamilo Duran: “Qarabağ” diqqətimi “Braqa” ilə oyunda çəkmişdi” MÜSAHİBƏ

Kamilo Duran: “Qarabağ” diqqətimi “Braqa” ilə oyunda çəkmişdi” MÜSAHİBƏ

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ"ın yeni transferi Kamilo Duran səfərdə "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur matçında debüt edib. Qarşılaşmanın ardından Sportnet.az-a müsahibəsi kolumbiyalı yarımmüdafiəçi Sportnet.az-ın suallarını cavablandırıb:

- Oyun barədə fikirləriniz necədir?

– Sevinirik ki, mənə belə bir imkan yaradıldı. Böyük bir kluba qoşulduğum üçün çox xoşbəxtəm. İlk dəqiqələrimi qazandım və inanıram ki, hələ çox oyunda komandama kömək edəcəyəm. pizza mizza

- Çempionlar Liqasındakı rəqiblər haqqına hansı fikirdəsiniz?

– Rəqiblər barədə əlavə təqdimata ehtiyac yoxdur. Çünki bunlar "Liverpul", "Çelsi", "Benfika" kimi dünya səviyyəli klublardır. Onların gücü hər kəsə məlumdur, dünya səviyyəlidirlər. Ümid edirəm ki, həmin oyunlara maksimum dərəcədə yaxşı hazırlaşıb, yüksək performans göstərməyə çalışacağıq.

- Azərbaycana gəlməzdən əvvəl “Qarabağ” haqqında nə bilirdiniz, avrokuboklarda çıxışını izləyirdiniz?

– İki mövsüm əvvəl Avropa Liqasında Portuqaliyada "Braqa" ilə pley-off oyunu canlı izləmək imkanım olmuşdu. Həmin oyunda diqqətimi çəkmişdi ki, bu, Azərbaycanın ən yaxşı klubudur. İndi bu komandanın üzvü olduğum üçün çox xoşbəxtəm.

- Azərbaycanda çıxış edən kolumbiyalı futbolçular haqqında fikirləriniz, həmçinin ligaya yeni qoşulan Edvin Bangeranı əvvəldən tanıyırdınızmı?

– Bəli, tanıyırdım. "Portimonense"də olarkən ona qarşı oynamaq imkanım olmuşdu. Yaxşı futbolçudur. Ümumiyyətlə, düşünürəm ki, kolumbiyalı futbolçular keyfiyyətli oyunçulardır. Ölkəmizi burada yaxşı təmsil etməyə çalışacağıq.

- Azərbaycana gəlməzdən əvvəl hansısa futbolçu ilə məsləhətləşmişdiniz?

– Bəli, Kevin Medina ilə danışmışdım. O, mənə buranın ən yaxşı klub olduğunu, hər şeyin yüksək səviyyədə təşkil edildiyini dedi və bu da mənim gəlişim üçün böyük motivasiya oldu.

- Meydanda hansı mövqedə özünüzü rahat hiss edirsiniz və öz oyun üslubunuzu necə xarakterizə edərdiniz?

– Sağ cinah yarımmüdafiəçisi kimi özümü rahat hiss edirəm. Luis Diasın oyun tərzini çox bəyənirəm və o, həmişə mənim üçün nümunə olub. Daha çox onun oyun tərzinə yaxın oynamağa çalışmışam.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 Avqust 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri