Kamran Əliyev: Maddi texniki bazanın gücləndirilməsi göstərilən hüquqi xidmətlərin səviyyəsini yüksəldir
Icma.az, Aznews.az saytına istinadən bildirir.
Prokurorluq orqanlarında maddi-texniki bazanın gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür.
Bunu Baş prokuror Kamran Əliyev aprelin 18-də Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində deyib.
O bildirib ki, məhz bu yüksək diqqət və qayğı nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir, ictimai etimad daha da möhkəmlənir:
"Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar çərçivəsində prokurorluq orqanlarına yüksək diqqət və qayğı göstərilir. Yeni inzibati binanın istifadəyə verilməsi də məhz dövlətimizin başçısının bu sahəyə olan xüsusi münasibətinin və dəstəyinin nəticəsidir. İstifadəyə verilən yeni inzibati bina isə həm vətəndaş məmnunluğunun artırılmasına, həm də prokurorluq əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə xidmət edəcək".


