Baş prokuror: Vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Prokurorluq orqanlarında maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür".
Oxu.Az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev aprelin 18-də Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimində deyib.
O bildirib ki, məhz bu yüksək diqqət və qayğı nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir, ictimai etimad daha da möhkəmlənir:
"Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar çərçivəsində prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğı, hüquq-mühafizə sisteminin inkişafı istiqamətində atılan mühüm addımların bariz nümunəsidir. Yeni inzibati binanın istifadəyə verilməsi də məhz dövlətimizin başçısının bu sahəyə olan xüsusi münasibətinin və dəstəyinin nəticəsidir. İstifadəyə verilən yeni inzibati bina isə həm vətəndaş məmnunluğunun artırılmasına, həm də prokurorluq əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə xidmət edəcək".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 18 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















