Icma.az
close
up
RU
Kamran Əliyev prokurorlarla vəkillərin əməkdaşlığından danışdı

Kamran Əliyev prokurorlarla vəkillərin əməkdaşlığından danışdı

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Prokurorluq və vəkillik institutu bir-birinə çox yaxın institutlardır. Biz hamımız hüquqşünasıq. Belə görüşlər və təmaslar tez-tez olmalıdır. Bu, ədalət mühakiməsinin daha səmərəli olmasına xidmət edə bilər.

"Unikal" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 28 Dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə mərasimində çıxış edərkən deyib.

Baş prokuror deyib ki, vəkillik cəmiyyətin tərkib hissəsidir: "Cəmiyyətin inkişafından və onun mövcudluğundan danışarkən vəkillik institutunu ondan ayrı, izolyasiya olunmuş şəraitdə baxıb, onun rolunu cəmiyyətdə ədalət mühakimə sistemindən ayrıca təhlil edə bilmərik. Bunlar hamısı birlikdə təhlil olunmalıdır”.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vəkillik institutunun dinamikasında, inkişafında, ədalət mühakimə sistemində rolu tamamilə müsbətə doğru dəyişib, daha aktiv olub: “Son zamanlar vəkillik institutunun nə qədər inkişaf etdiyinin və cəmiyyətdə aktiv olduğunun şahidiyik. Vəkillik institutuna maraq artıb. Yaxşı istintaqçı, prokuror daim savadlı, təcrübəli vəkillərin bilik və bacarıqlarından istifadə etməlidir. Məqsədimiz vətəndaşların hüquqlarını qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaq, mühakimə sisteminin ədalətli aparılmasını təmin etməkdən ibarətdir. Vəkillər və istintaqçılar arasında sağlam əməkdaşlıq olanda bu, ancaq işin xeyrinə olur. Bu, son nəticədə ədalətli qərar qəbul olunmasına gətirib çıxarır".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri