Icma.az
close
up
RU
Kamran Əliyev Qarsda görüşlər keçirib FOTOLAR

Kamran Əliyev Qarsda görüşlər keçirib FOTOLAR

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, tərkibinə Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev və Naxçıvan hərbi prokuroru Aqil Axundovun da olduğu nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün dəvəti ilə Qars şəhərinə rəsmi səfər edib.
Bu barədə Demokrat.az-a Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin şərəfinə Qars şəhərində salınmış parkı ziyarət edib, orada abidəsini önünə gül dəstələri qoyub.
Qars Baş Prokurorluğunda Kamran Əliyevlə türkiyəli həmkarı Muhsin Şentürk arasında baş tutan görüş zamanı qeyd edilib ki, iki dövlət arasında strateji münasibətlər hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da dinamik inkişafına müsbət təsirini göstərir.
Qəbula görə təşəkkürünü bildirən Kamran Əliyev qeyd edib ki, hazırkı səfərin əsas məqsədi sərhədyanı bölgələrin prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsidir. Bu transmilli xarakter daşıyan cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılmasına töhfə verməklə yanaşı, sərhəd regionlarında yaşayan vətəndaşlarının rastlaşdıqları hüquqi çətinliklərin operativ şəkildə aradan qaldırmasına da xidmət etmiş olur. Eyni zamanda bu əməkdaşlıq mütərəqqi təcrübələrin mübadiləsi və hər iki dövlətin hüquqi sistemlərinin inkişafına da müsbət təsirini göstərir.
Muhsin Şentürk Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini qeyd edərək cari ilin aprel ayında Bakı şəhərinə etdiyi səfəri məmnunluqla xatırlanıb, keçirilmiş görüşlərin ikitərəfli əlaqələrin inkişafında xüsusu rol oynadığını bildirib.
Görüş çərçivəsində Qars və İğdır bölgələrinin prokurorluq, məhkəmə və ədliyyə orqanlarının rəhbər şəxsləri ilə görüşlər keçirilərək cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, bir praktiki mövzular müzakirə edilib.
Daha sonra nümayəndə heyəti, ölkəmizin Qars şəhərində yerləşən Baş konsulluğunda olub, əməkdaşlarla görüşərək yaradılmış iş şəraiti və fəaliyyətləri ilə yaxından tanış olub. Keçirilmiş görüşdə, dahi lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salınıb.
Görüşlərdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Zamin Əliyev də iştirak edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyun 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri