Kanadada temperatur tarixi zirvəyə çatdı 128 illik rekord
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Kanadanın Britaniya Kolumbiyası isti hava dalğasının təsiri altındadır. Vankuverdə temperatur bazar ertəsi günü 23,9 dərəcə Selsiyə çataraq 1898-ci ildən bəri qırılmayan 22,2 dərəcəlik rekordunu keçib.
“Qafqazinfo” xəbər verir ki, Pemberton (31,5°C) və Litton (31,9°C) daxil olmaqla, ştatın 19 bölgəsində gündəlik temperatur rekordları yenilənib.
Meteoroloqlar isti havanın bölgəyə hakim olan yüksəktəzyiqli hava kütləsi ilə əlaqəli olduğunu bildirir və proqnozlara görə, həftənin ortalarına qədər hava bir qədər soyuyacaq, lakin həftəsonuna yaxın yenidən istilik dalğası geri dönəcək.
İsti hava yalnız termometrləri deyil, həm də elektrik sistemini sınayır. Ventilyator və kondisionerlərin geniş istifadəsi nəticəsində “B.C. Hydro” elektrik tələbatının təxminən 7600 meqavatta çatdığını açıqlayıb ki, bu, may ayı üçün indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.
Hava şəraiti həm də yanğın riskini artırıb. Cənub sahillərdə tonqal qalamaq qadağan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 May 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















