Kanadada film kimi olay: 17 il lisensiyasız uçan pilot saxlanıdı
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kanadada film ssenarisinə bənzəyən maraqlı hadisə baş verib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, belə ki, bir pilotun illərlə təyyarəni pilot lisenziyası olmadan sürdüyü aşkarlanıb.
Geoffrey Wall kommersiya pilotu lisenziyası olsa da, Nəqliyyat Aviasiyası Pilotu Lisenziyası olmadan 2009-cu ildən etibarən "Air Canada" aviaşirkətində pilotluq fəaliyyətinə başlayıb və 2025-ci ildə təqaüdə çıxıb. Onun 27 illik karyerasının təxminən 17 ili ərzində 900-dən çox daxili və beynəlxalq reysdə lisenziyasız idarəetmə həyata keçirdiyi, 2,9 milyon Kanada dollarından çox maaş aldığı qeyd olunub.
Pilot iyunun 1-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bu hadisə pilotun təqaüdə çıxana qədər həm çalışdığı aviaşirkəti, həm də mülki aviasiya qurumlarını peşəkar ixtisas sənədləri ilə bağlı yanıltdığını göstərir.
Cavidan Qocalı
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 10 İyun 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















