Kanadanın Baş naziri: Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcəyik
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kanadanın Baş naziri Mark Karni Kananaskisdə (Alberta əyaləti) Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Bildirilib ki, Karni Ottavanın Moskvaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcəyini bildirib.
Məhdudiyyətlər bir sıra fiziki və hüquqi şəxslərə şamil oluna bilər. Bundan əlavə, söhbət 2022-ci ildə Torontoda Kanada hakimiyyəti tərəfindən saxlanılan “Volqa-Dnepr” şirkətinin "An-124" nəqliyyat təyyarəsinin ələ keçirilməsi prosedurunun başa çatmasından gedə bilər.
Kanada hökuməti tərəfindən icarəyə götürülən təyyarə 2022-ci il fevralın 27-də Çindən COVID-19 testləri yükü ilə Kanadaya gəlib. Təyyarə saxlanılıb, ekipaj otelə yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 17 İyun 2025 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















