Kanye Vestin iştirakına görə Rubikon Festivalı ləğv edildi
Icma.az, Kulis.az saytına istinadən bildirir.
Amerikalı müğənni Kanye Vestin iştirakı planlaşdırılan Slovakiyanın Bratislava şəhərində keçiriləcək Rubikon Musiqi Festivalı bu il baş tutmayacaq.
Kulis.az xəbər verir ki, festivalın təşkilatçıları qərarı sosial şəbəkələrdə açıqlayıblar.
Rubikon Festivalının ləğvinə səbəb kimi, Kanye Vestə qarşı irəli sürülən etiraz kampaniyası və onun antisemit bəyanatları göstərilir. Müğənninin "Heil Hitler" adlı mahnısı, eləcə də nasizmə eyham vuran geyim məhsulları geniş ictimai qınağa səbəb olub.
Avstraliya da Vestin vizasını bu səbəbdən ləğv edib.
Qeyd edək ki, təşkilatçılar festivalın gələcəkdə daha güclü formada geri dönəcəyini, biletləri alanlara isə 14 gün ərzində geri ödəmə barədə məlumat veriləcəyini bildiriblər.
Səlim Babullaoğlunun Rusiyanın yazıçılar birliklərinə müraciəti Leyla Şıxlinskaya: "Anar dedi ki, "Arşın mal alan"a sən çəkilsən, film batacaq" Avtomobil qəzası, insult, dəm qazı, xərçəng... - Gənc yaşda vəfat edən yazıçılarımız
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 İyul 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















