Icma.az
close
up
RU
Kapital Bank tələbələrə karyera yolunda yeni imkanları yaratmağa davam edir

Kapital Bank tələbələrə karyera yolunda yeni imkanları yaratmağa davam edir

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkənin Birinci bankı "Kapital Bank" Korporativ Sosial Məsuliyyət startegiyasına uyğun olaraq cəmiyyətin dayanıqlı inkişafına xidmət edən layihələrlə tez-tez gündəmə gəlir.

Demokrat.az xəbər verir ki, bu layihələr sırasında “Təhsilə dəstək” istiqaməti xüsusi yer alır. 
Bankın Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqları fəaliyyət göstərir. Burada tələbələr müasir dövrün tələblərinə uyğun təhsil almaqla yanaşı, vaxtaşırı bankda çalışan peşəkar mütəxəssislər tərəfindən təlimlərə cəlb olunur, eyni zamanda iş dünyasında uğur qazanan peşəkar insanlarla ustad dəsrlərinə qoşulub fikir mübadiləsi aparırlar. Bu istiqamətdə növbəti təlim Bakı Mühəndislik Universitetində və Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində keçirilib.
Ötən günlərdə "Kapital Bank"ın Gəncə filialının rəhbəri Vüqar Paşayev “Uğur layihəsi və müasir bankçılıq” mövzusunda Azərbaycan Texnologiya Universitetinin tələbələrinin qarşısında çıxış edib. Təlimdə “Vaxtın doğru idarə edilməsi”, “İş həyatında emosional intellektin və yumuşaq bacarıqların rolu”, “Bankçılığın müasir tendensiyaları”, “Rəqəmsallaşma” kimi mövzular müzakirə edilib. 50 nəfər tələbənin qoşulduğu təlim interaktivliyi və gənclərin aktiv iştirakı ilə yadda qalıb. 
Bakı Mühəndislik Universitetinin tələbələri isə 3 günlük silsilə təlimlərdə iştirak ediblər. Ali məktəbdə fəaliyyət göstərən Kapital Bank otağında baş tutan təlim müasir dövrün qlobal istiqamətlərindən biri olan “Kibermüdafiə” mövzusuna həsr olunub. Təlimin ilk günündə bankın İnformasiya təhlükəsizliyi departamentinin Tətbiqi proqram təhlükəsizliyi üzrə rəhbəri İbrahim Əliyev və şöbənin əməkdaşı Fərhad Abdulkərimov “Kibertəhlükəsizlik sahəsində karyera” mövzusunda öz biliklərini tələbələrlə bölüşüblər. Kibertəhlükəsizlik fakültəsinin 1-ci kurs tələbələrinin iştirak etdiyi təlimdə bu istiqamətdə karyera imkanları, kibertəhlükəsizliyin gələcək perspektivləri müzakirə edilib. 
"Kapital Bank"ın Tətbiqi proqram təhlükəsizliyi üzrə mütəxəssisi Oqtay Nəbili “Kiber hücumların anatomiyası” mövzusunda təlimin ikinci günündə tələbələrlə görüşüb. Proqramın son günündə “Tətbiqi proqramların təhlükəsizliyi” mövzusunda tələbələrin suallarını bankın bu sahə üzrə mütəxəssisi Fərid Lalayev cavablandırıb. 
Sonda layihədə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.
Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see132

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see117

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri