Icma.az
close
up
RU
Kapital Bank tələbələrə karyera yolunda yeni imkanlar yaratmağa davam edir

Kapital Bank tələbələrə karyera yolunda yeni imkanlar yaratmağa davam edir

Icma.az, News24 saytına istinadən bildirir.

Ölkənin Birinci bankı Kapital Bank Korporativ Sosial Məsuliyyət startegiyasına uyğun olaraq cəmiyyətin dayanıqlı inkişafına xidmət edən layihələrlə tez-tez gündəmə gəlir. Bu layihələr sırasında "Təhsilə dəstək" istiqaməti xüsusi yer alır.

Bankın Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən "Kapital Bank" otaqları fəaliyyət göstərir. Burada tələbələr müasir dövrün tələblərinə uyğun təhsil almaqla yanaşı, vaxtaşırı bankda çalışan peşəkar mütəxəssislər tərəfindən təlimlərə cəlb olunur, eyni zamanda iş dünyasında uğur qazanan peşəkar insanlarla ustad dəsrlərinə qoşulub fikir mübadiləsi aparırlar. Bu istiqamətdə növbəti təlim Bakı Mühəndislik Universitetində və Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində keçirilib.

Ötən günlərdə Kapital Bank-ın Gəncə filialının rəhbəri Vüqar Paşayev "Uğur layihəsi və müasir bankçılıq" mövzusunda Azərbaycan Texnologiya Universitetinin tələbələrinin qarşısında çıxış edib. Təlimdə "Vaxtın doğru idarə edilməsi", "İş həyatında emosional intellektin və yumuşaq bacarıqların rolu", "Bankçılığın müasir tendensiyaları", "Rəqəmsallaşma" kimi mövzular müzakirə edilib. 50 nəfər tələbənin qoşulduğu təlim interaktivliyi və gənclərin aktiv iştirakı ilə yadda qalıb.

Bakı Mühəndislik Universitetinin tələbələri isə 3 günlük silsilə təlimlərdə iştirak ediblər. Ali məktəbdə fəaliyyət göstərən Kapital Bank otağında baş tutan təlim müasir dövrün qlobal istiqamətlərindən biri olan "Kibermüdafiə" mövzusuna həsr olunub. Təlimin ilk günündə bankın İnformasiya təhlükəsizliyi departamentinin Tətbiqi proqram təhlükəsizliyi üzrə rəhbəri İbrahim Əliyev və şöbənin əməkdaşı Fərhad Abdulkərimov "Kibertəhlükəsizlik sahəsində karyera" mövzusunda öz biliklərini tələbələrlə bölüşüblər. Kibertəhlükəsizlik fakültəsinin 1-ci kurs tələbələrinin iştirak etdiyi təlimdə bu istiqamətdə karyera imkanları, kibertəhlükəsizliyin gələcək perspektivləri müzakirə edilib.

Kapital Bank-ın Tətbiqi proqram təhlükəsizliyi üzrə mütəxəssisi Oqtay Nəbili "Kiber hücumların anatomiyası" mövzusunda təlimin ikinci günündə tələbələrlə görüşüb. Proqramın son günündə "Tətbiqi proqramların təhlükəsizliyi" mövzusunda tələbələrin suallarını bankın bu sahə üzrə mütəxəssisi Fərid Lalayev cavablandırıb.

Sonda layihədə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün- https://kbl.az/prgtk,  Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Noyabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see181

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see179

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see132

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see132

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see130

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see127

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see125

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri