Kapitanın aqibəti pis oldu
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Martin Edeqorun aqibətinə aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, “Vest Hem”lə son oyunda zədələnən “Arsenal”ın kapitanına diz oynağının daxili yan bağının xəsarət alması diaqnozu qoyulub. Norveçli yarımmüdafiəçinin noyabrın sonuna kimi oynaya bilməyəcəyi ehtimal edilir.
Edeqor “Fulhem”, “Kristal Pelas”, “Brayton” və “Bernli” ilə premyer-liqa oyunlarını, həmçinin “Atletiko” və “Slaviya” ilə Çempionlar Liqası matçlarını, həmçinin “Sanderlend” ilə Liqa Kuboku matçını buraxacaq.

