Icma.az
close
up
RU
Karakasdan Moskva səsləri: Yeni cəbhənin sükutu pozulurmu?

Karakasdan Moskva səsləri: Yeni cəbhənin sükutu pozulurmu?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Rusiya ilə Venesuela arasında hərbi əməkdaşlığın son aylarda intensivləşməsi beynəlxalq münasibətlərdə yeni gərginlik ocağı kimi dəyərləndirilir.

Moskvanın Karakasa yeni nəsil silah sistemləri göndərməsi barədə xəbərlər bu prosesin geosiyasi əhəmiyyətini daha da artırır.

Məsələyə bu kontekstdə yanaşdıqda, sual yaranır: Rusiya–Venesuela hərbi tərəfdaşlığının dərinləşməsi ABŞ-la münasibətləri yeni qarşıdurma mərhələsinə daşıyacaqmı, yoxsa bu, sadəcə regional təhlükəsizlik əməkdaşlığı çərçivəsində qalacaq?

Hazırkı beynəlxalq sistemdə baş verən strateji rəqabət, xüsusilə ABŞ, Rusiya və Çin arasında formalaşan çoxqütblü güc balansı, Latın Amerikası kimi regionların geosiyasi əhəmiyyətini artırır.

Belə şəraitdə Venesuela kimi enerji resursları ilə zəngin və siyasi baxımdan Qərbə qarşı mövqedə dayanan bir ölkə üzərində təsir uğrunda mübarizə qlobal səviyyədə güclənir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Telman Nüsrətoğlu bildirib ki,  bu strateji rəqabət artıq tədricən hərbi aspektlərə keçid edir: 

"ABŞ ilə Çin, eləcə də, Rusiya arasında baş verən geosiyasi qarşıdurma qlobal güc balansını formalaşdıran əsas amillərdən biridir. Vaşinqton uzun müddətdir ki, Rusiyanın Ukrayna müharibəsini yekunlaşdıraraq diqqətini Çinə yönəltməsini arzulayırdı. Lakin Moskvanın sərt mövqeyi və irəli sürdüyü geosiyasi tələblər, həmçinin ABŞ-ın güzəşt həddinin məhdudluğu və Avropa İttifaqı ilə münasibətlər kontekstindəki məhdudiyyətlər bu məqsədin reallaşmasına imkan vermədi".

Telman Nüsrətoğlu: Venesuelada baş verən son hadisələr də bu rəqabətin tərkib hissəsi kimi qiymətləndirilə bilər

Onun sözlərinə görə, hazırda isə daha geniş coğrafi miqyası və çoxşaxəli xarakteri ilə fərqlənən yeni mərhələli strateji rəqabət prosesi müşahidə olunur: 

"Venesuelada baş verən son hadisələr də bu rəqabətin tərkib hissəsi kimi qiymətləndirilə bilər. ABŞ-nin həmin regionda hərbi müdaxiləyə hazırlaşması ilə bağlı iddialar, həmçinin Venesuela neftinin qlobal enerji bazarlarında oynadığı mühüm rol, Vaşinqtonun enerji asılılığını azaltmaq cəhdlərinin göstəricisidir".

Həmsöhbətimiz vurğulayıb ki, bu proses Rusiya üçün də strateji əhəmiyyət daşıyır: 

"Moskva Latın Amerikasında artan ABŞ təsirinə qarşı balans yaratmaq məqsədilə Venesuelaya yeni nəsil aviasiya texnologiyaları və silah sistemləri göndərməklə regiondakı qüvvələr nisbətinə təsir göstərməyə çalışır. Bu addımlar beynəlxalq münasibətlər sistemində gərginliyin daha da dərinləşməsinə və qlobal strateji rəqabətin yeni mərhələyə keçməsinə gətirib çıxara bilər".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Noyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri