Icma.az
close
up
RU
Karamazov yox, Qaragözov Dostoyevski türk əsillidir?

Karamazov yox, Qaragözov Dostoyevski türk əsillidir?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az "Karamazov, yoxsa Karakozov (Qaragözov)?" yazısını təqdim edir.

Dostoyevski türklərə nifrət etsə də...

Dostoyevski tədqiqatçılarının bir qismi yazıçının məşhur “Karamazov qardaşları” romanından bəhs edərkən əsərin qəhrəmanının (və yaxud əksər qəhrəmanlarının) soyadının “mənşəyini” dəqiqləşdirməyə çalışmışlar. Onların böyük əksəriyyəti əsərin qəhrəmanlarından birinin - Dmitri Karamazovun prototipini də müəyyən etməyə cəhd göstərmişlər. Araşdırıcılarının çoxunun yekdil rəyinə görə, Karamazov, əslində, Karakozovun (Qaragözovun) bədiiləşmiş obrazıdır.

Bəs kimdir Karakozov?

Dmitri Vladimiroviç Karakozov (1840-1866) – Rusiya tarixinin tanınmış simalarından biridir. Adətən, tarixi əsərlərdə onu terrorçu kimi təqdim edirlər. Bunun üçün ortada tutarlı faktlar da var. Belə ki, əvvəlcə Kazan Universitetinin hüquq fakültəsində, sonra Moskva Universitetində təhsil alan və təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbdən qovulan Karakozov tezliklə inqilabi təşkilata qoşulur.
O, belə hesab edirdi ki, çarın terror yolu ilə aradan götürülməsi inqilabın alovlanmasına güclü təkan ola bilər. Elə bu “ali” məqsədlə - çarı öldürmək üçün, o, yaşadığı əyalətdən - Serdobsk qəzasından Peterburqa gedir.
1866-cı il aprel ayının 4-də o, Yay bağının darvazası ağzında imperator ikinci Aleksandra tapançadan atəş açır. Güllə hədəfə dəymir. Onu həbs edirlər. Haqqında həmin il sentyabr ayının 3-də asılmaqla edam hökmü çıxarılır və hökm icra edilir.

Karakozov (Qaragözov) tatar əsilli inqilabçı idi. Yeri gəlmişkən, Dostoyevski türklərə nifrət etsə də, özü də mənşəcə tatar idi. Onun ulu bası Aslan Çələbi Mirzə 1389-cu ildə Qızıl Ordanı tərk edərək xristanlığı qəbul etmişdi. Moskva knyazı Dmitri Donski onun xaç atası idi.
(Bax: Уйти ото всех. Лев Толстой как русский скиталец (в составе книги «Лев Толстой. Последний дневник». // М.: ИКАР (Изд-во ВК), 2010.

• Родные и близкие (в составе книги «Хроники рода Достоевских») // М.: Фонд Достоевского, 2013.

• Сага о Достоевском (пер. кит. яз.). Пекин. — 2014.

• Последний год Достоевского. М.: Редакция Елены Шубиной, 2017, 780 С.

• Пропавший заговор. Достоевский: дорога на эшафот. М.: Академический проект, 2017.

• Родиться в России. Достоевский: начало начал. М.: Академический проект, 2018. — 749 С...)

Onu da qeyd edək ki, hakimiyyətə gəlmək yollarında terrorizmi istisna etməyən boşeviklər Karakozovu ilk inqilabçılardan biri hesab etmişlər. Heç də təsadüfi deyildir ki, sovetləşmə mərhələsindən sonra Rusiyanın bir çox şəhərlərində - Penzada, Tulada, Mojayskda, Serdobskda, Krivoy Roqda bir çox küçə və xiyabanlara Dmitri Vladimiroviç Karakozovun adı verilib.

Karakozovun taleyi sizə Dostoyevskinin öz həyatını, daha doğrusu onun ilk gənclik illərini xatırlatmır ki?
Axı 1849-cu ildə sui-qəsddə iştirak edən gənc Fyodor Mixayloviç Dostoyevski haqqında da ölüm hökmü çıxarılmışdı. Sadəcə... çarın “humanist fərmanı” onu edamdan xilas etdi. Və buradaca qeyd edək ki, fərman qüvvəyə minsəydi, gələcəyin daha bir görkəmli yazıçısı hesab edilən Vladimir Nabokovun babası general-admiral, sonralar Rusiyanın Ədliyyə naziri olmuş Dmitri Nabokov hökmü icra edəcəkdi...

Bildiyiniz kimi, əvvəllər terrora üstünlük verən Dostoyevski zaman keçdikcə sosialist ideyalarının amansız düşmənlərindən birinə çevrildi...

Yenə söhbətin əvvəlinə qayıtmaq istəyirəm. Dostoyevskinin əksər tədqiqatçıları terrorçu Karakozovun “fəaliyyətinin” yazıçının yaradıcılığına təsirsiz ötmədiyini yazırlar. Onun təkcə “Karamazov qardaşları” romanında deyil, digər əsərlərində də (“İdiot”, “Qumarbaz” və s.) Karakozovun “inqilabı” və yaxud dağıdıcı fəaliyyətinin “izi” bu və ya digər nüanslarda özünü göstərməkdədir.

Post-prodakşn müsabiqəsinin qalibləri açıqlandı "Xurşidbanu Natəvan" Şəki Dövlət Dram Teatrında Müğənni Nuran: "Kitab oxumuram, səbrim çatmır..." - Müsahibə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:369
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Aprel 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri