Icma.az
close
up
RU
Karapetyanın biznes imperiyası çökdürülür

Karapetyanın biznes imperiyası çökdürülür

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda oliqarx siyasətçi, son parlament seçkilərində topladığı səslərin sayına görə ikinci yeri tutan “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın biznes imperiyasının ən mühüm aktivlərindən biri olan “Ermənistan Elektrik Şəbəkəsi”nin (“EEŞ”) taleyi ilə bağlı proses yeni mərhələyə qədəm qoyub. Baş nazir Nikol Paşinyan hökuməti şirkətin 100 faizlik səhmlərinin dövlət tərəfindən alınmasını nəzərdə tutan qərar layihəsini hazırlayıb. Təklif olunan layihəyə əsasən, ölkənin ən böyük elektrik paylayıcı şəbəkə operatoru dövlət mülkiyyətinə keçməlidir. Beləliklə, ötən ildən başlayan müvəqqəti dövlət idarəçiliyinin şirkətin tamamilə dövlət mülkiyyətinə keçirilməsi ilə əvəzlənməsi üçün hüquqi mexanizm formalaşdırılır.

Ermənistan mətbuatının yaydığı məlumata görə, şirkətin milliləşdirilməsi ilə bağlı layihənin ictimai müzakirəsi sentyabrın 24-dək davam edəcək. Səhmlərin alıcısı Ermənistan Respublikası olacaq, prosesin əlaqələndirilməsi isə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə həvalə ediləcək. Sənəddə prosedurun başlanması üçün son tarix 2027-ci il mayın 1-i kimi göstərilir, milliləşdirilmənin iyulun 1-dək başlanması və ən geci oktyabrın 1-dək başa çatdırılması nəzərdə tutulur.

“Milli maraq” əsaslandırması

Ermənistan hökumətinin hazırladığı layihədə “EEŞ”in 100 faizlik səhmlərinə müstəsna üstün ictimai marağın tanınması təklif edilir. Bu anlayış dövlətə mülkiyyətçinin razılığı olmadan şirkətin səhmlərini qanunla müəyyən edilmiş qaydada satın almaq imkanı verir. Bununla belə, hökumət sənəddə mülkiyyətçilərə əvvəlcədən və mütənasib kompensasiya ödəniləcəyini bildirir. Burada söhbət təkcə bir şirkətin səhmlərindən, onun qiymətindən və sahibinə ödəniləcək kompensasiyadan getmir. Söhbət ölkənin strateji enerji infrastrukturunun kimin nəzarətində olması məsələsindən gedir.

Rəsmi əsaslandırmada bir neçə məqam önə çəkilir. Söhbət dövlət və ictimai təhlükəsizliyin təmin edilməsindən, istehlakçıların hüquq və qanuni maraqlarının qorunmasından, əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatından, sosial və strateji obyektlərin normal fəaliyyətinin qorunmasından gedir. Həmçinin enerji resurslarına əlçatan, proqnozlaşdırılan və bərabər çıxışın təmin olunması məqsəd kimi göstərilir.

Hökumət hesab edir ki, şirkətin dövlət mülkiyyətinə keçirilməsi nəticəsində strateji əhəmiyyət daşıyan enerji infrastrukturuna daha effektiv dövlət nəzarəti mümkün olacaq. Layihədə bildirilir ki, mövcud vəziyyətdə bu məqsədlərə şirkətin səhmləri özəl sahibdə qaldığı halda nail olmaq mümkün deyil. Burada əsas arqument “Taşir Kapital”ın artıq “EEŞ”i idarə etmək üçün lisenziyadan məhrum olmasıdır. Hazırda tətbiq edilən müvəqqəti dövlət idarəçiliyinin isə uzunmüddətli və sabit nəzarəti əvəz edə bilmədiyi bildirilir. Başqa sözlə, Paşinyan hökuməti indiki modeli keçid mərhələsi kimi təqdim edir və növbəti addımı şirkətin dövlətə keçirilməsi hesab edir. Əslində, prosesin siyasi və iqtisadi mənası bir cümlə ilə ifadə oluna bilər: Ermənistan dövlətinin strateji enerji aktivini oliqarx biznesindən geri alması. Elə buna görə də “EEŞ” ətrafında baş verənləri yalnız Karapetyanla Paşinyan arasındakı şəxsi qarşıdurma kimi təqdim etmək doğru olmaz. Burada daha böyük proses görünür. Paşinyan hakimiyyəti uzun illər ərzində Ermənistanda iqtisadi güclə siyasi təsirin bir-birinə qarışmasından yaranmış sistemi dəyişdirməyə çalışır. Qaqik Sarukyan kimi digər iri biznesmenlərin siyasi çəkisinin azaldılması ilə paralel götürüldükdə, bu xətt daha aydın görünür. Paşinyanın mesajı sadədir: nə qədər böyük sərvətə, nə qədər geniş biznes şəbəkəsinə və nə qədər siyasi əlaqəyə malik olmasından asılı olmayaraq, heç bir oliqarx dövlətin öz strateji maraqlarını müəyyənləşdirmək hüququndan üstün ola bilməz. Bu, həm də dövlətin gücü məsələsidir.

Mübahisənin kökü

“EEŞ”in milliləşdirilməsi ideyası Paşinyan hökumətinin gündəminə ötən il daxil olub. Şirkət 2016-cı ildən Karapetyanın “Taşir” qrupuna məxsusdur. 2025-ci ilin yayında Karapetyanın evində axtarış aparılması və onun həbsindən sonra N.Paşinyan “EEŞ”in milliləşdirilməsi niyyətini açıqlamışdı. Daha sonra Ermənistan parlamenti şirkətə müvəqqəti dövlət idarəçisi təyin edilməsinə imkan verən qanun qəbul etdi. Nəticədə “Taşir Kapital” şirkətin mülkiyyətçisi olaraq qalsa da, onun idarəetmə imkanları ciddi şəkildə məhdudlaşdırıldı. Şirkətin sahibləri bu addımlarla razılaşmadı. “Taşir Kapital” həm qanunun özünü, həm də Romanos Petrosyanın müvəqqəti dövlət idarəçisi təyin olunmasını Ermənistanın İnzibati Məhkəməsində mübahisələndirdi. Eyni zamanda, məsələ Stokholm arbitrajına da çıxarıldı.

Burada prosesin daha bir mühüm detalı ortaya çıxır. 2025-ci il iyulun 22-də arbitraj müvafiq qərarların icrasını dayandırıb və aktivlərin götürülməsi istiqamətində əlavə addımlardan çəkinməyə çağırıb. Lakin Ermənistan hökuməti arbitrajın bu qərarının məcburi xarakter daşımadığını bildirib və milli qanunvericiliyin üstünlüyünə istinad edib.

Sonrakı mərhələdə “Taşir Kapital” “EEŞ”i idarə etmək üçün verilmiş lisenziyadan məhrum edilib. Bundan sonra Paşinyan hökuməti şirkətin dövlət tərəfindən satın alınması variantını açıq şəkildə müzakirə etməyə başlayıb. Beləliklə, indiki layihə bir gündə ortaya çıxmayıb. Proses əvvəlcə siyasi qərar, sonra qanunvericilik dəyişiklikləri, ardınca müvəqqəti dövlət idarəçiliyi və nəhayət, mülkiyyətin dövlətə keçirilməsi mərhələlərindən keçib.

Politoloq Ramiyə Məmmədova mövzu ilə bağlı XQ-yə açıqlamasında diqqəti Rusiya amilinə yönəltdi. Onun sözlərinə görə, S.Karapetyan hazırda da Rusiya vətəndaşıdır: “Məhz bu məqam Ermənistanın enerji siyasətinə münasibətdə Rusiya faktorunu da ön plana çıxarır. Söhbət sadəcə xarici sərmayədən getmir. Strateji enerji aktivinin müxtəlif ölkələrlə biznes əlaqələri, maraqları və öhdəlikləri olan transmilli biznesmenə məxsus olması dövlət üçün həssas məsələdir. Bir ölkənin elektrik enerjisi kimi strateji sahəsi həmin ölkə ilə yanaşı, digər iki-üç dövlətin pasportunu daşıyan, müxtəlif yurisdiksiyalar qarşısında hüquqi və biznes öhdəlikləri olan şəxsin biznes imperiyasının tərkibində cəmləşirsə, burada sual yalnız “mülkiyyət kimindir?” sualı olmamalıdır.

Daha vacib sual budur: böhran və ya siyasi maraqların toqquşması zamanı son qərarı kim verir? Ermənistanın indiki hakimiyyəti məhz bu sualı öz xeyrinə cavablandırmaq istəyir. Dövlətin mövqeyindən yanaşdıqda strateji enerji sisteminin taleyinə təsir imkanının bir oliqarxın biznes maraqları ilə bağlanması arzuolunan model deyil”. Siyasi şərhçi qeyd etdi ki, üstəlik, Karapetyanın Rusiyadakı biznes fəaliyyəti bu məsələyə əlavə siyasi məna verir: “Rusiya ilə Ermənistan arasındakı münasibətlərin son illərdə ciddi transformasiyaya uğradığı şəraitdə enerji kimi həssas sahədə Rusiyaya bağlı biznes kapitalının çəkisi artıq təkcə iqtisadi məsələ kimi qəbul edilmir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistan hökuməti dövlətin strateji infrastrukturunu biznes qrupunun əlindən alaraq öz nəzarətinə keçirmək istəyir. Bu, eyni zamanda, İrəvanın iqtisadi suverenlik barədə verdiyi mesajdır. Bu mənada Paşinyanın atdığı addım oliqarxın sadəcə bir aktivini itirməsi kimi yox, dövlətlə oliqarx kapitalı arasında sərhədin yenidən çəkilməsi kimi qiymətləndirilə bilər”.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri