Karlo Ançelotti oğlunu da yanına apardı
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir müddət əvvəl Braziliya millisi ilə müqavilə imzalayan "Real"ın baş məşqçisi Karlo Ançelottinin oğlu David Ançelotti Braziliya millisinin ilk oyunlarında atasına kömək edəcək. Sport24.az xəbər verir ki, bu barədə "AS" məlumat yayıb.
Nəşrin yazdığına görə, David millinin ilk iki oyununda - Ekvador (6 iyun) və Paraqvay (10 iyun) – atasının köməkçisi olacaq.
Davidin özünün də Səudiyyə Ərəbistanı da daxil olmaqla bir neçə liqadan təklif aldığı bildirilir. Amma onu ən çox cəlb edən "Reyncers"dir.
Qeyd edək ki, Karlo Ançelotti mayın 26-da Braziliya millisinin çalışdırıcısı kimi fəaliyyətə başlayacaq.
Baxış sayı:134
Bu xəbər 13 May 2025 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















