Karlov Universitetinin professoru Azərbaycan İdman Akademiyasında təlim keçib FOTO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Çexiyanın Karlov Universitetinin Fizioterapiya departamentinin rəhbəri, həkim professor Tereza Novakova Azərbaycan İdman Akademiyasının (AİA) Sağlamlıq məktəbinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya“ təhsil proqramının professor-müəllim heyəti və tələbələrinə elmi-praktiki təlim keçib.
İdman.biz xəbər verir ki, seminarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) tabeliyində olan 1 və 2 nömrəli Uşaq Reabilitasiya, eləcə də Bakı, Mərdəkan, Şağan Reabilitasiya Mərkəzilərinin fizioterapiya üzrə mütəxəssisləri iştirak ediblər.
Təlim çərçivəsində xanım Novakova və AİA-nın sözügedən proqram rəhbəri, fəlsəfə doktoru Könül Məmmədova tələbələrin istehsalat təcrübəsi keçdiyi klinik bazalara - DTSERA-nın 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinə, Kinezis Rehab Center, Bakı Reabilitasiya Mərkəzinə, Milli İdman Tibbi və Reabilitasiya Elmi-Praktiki İnstituna səfər ediblər.
Qeyd edək ki, AİA Karlov Universiteti ilə iki ildir əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Karlov Universitetinin professorları Akademiyada tədris prosesinə cəlb olunur, akademik və tələbə heyətinin mübadiləsi, həmçinin Çexiyada təcrübə proqramı təşkil edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 Mart 2025 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















