Karlsen rusiyalı şahmatçı ilə partiyaya çıxmaqdan imtina edib
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Norveçli qrossmeyster Maqnus Karlsen “Total Chess World Championship” turnirində Vladislav Artemyevlə klassik vaxt nəzarəti ilə keçirilən görüşə qatılmayıb.
İdman.Biz xəbər verir ki, ümumi mükafat fondu 650 min dollar(təxminən 1 milyon manat) olan yeni turnir Macarıstanın paytaxtı Budapeştdə keçirilir. Yarış klassik şahmat, rapid və blits formatlarını özündə birləşdirir. Karlsenlə Artemyev 17-ci yer uğrunda mübarizə aparırlar.
Bu gün blitsdə Karlsen bir qələbə qazanıb, üç partiya heç-heçə başa çatıb. Rapid yarışında isə norveçli şahmatçı bir dəfə heç-heçə edib, bir dəfə məğlub olub.
Nəticədə Karlsenin rapid üzrə reytinqi 2792,2-yə düşüb. Bu, FIDE-nin 2012-ci ildə sürətli şahmat üzrə reytinq sistemini tətbiq etməsindən bəri onun ən aşağı göstəricisidir. Bununla belə, norveçli qrossmeyster ikinci pillədəki özbəkistanlı Cavoqir Sindarovdan (2755,0) xeyli öndədir.
Karlsen klassik vaxt nəzarəti ilə keçirilməli olan partiyaya gəlməyib və ona texniki məğlubiyyət verilib. Beləliklə, Artemyev görüşü 15,5:4,5 hesabı ilə qazanıb.
Qeyd edək ki, bir gün əvvəl Karlsen Artemyevlə ilk qarşılaşmada blits partiyalarından sonra 3:1 hesabı ilə öndə olub, daha sonra rapid üzrə iki partiyaya çıxmaqdan imtina edib. Norveçli şahmatçıya qələbə üçün klassik partiyada qalib gəlmək lazım idi və o, buna nail olub. Nəticədə ilk görüş Karlsenin 11:9 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalibi müəyyənləşdirmək üçün şahmatçılar tay-brekdə - “Armageddon” partiyasında da üz-üzə gəliblər. Bu formatda heç-heçə olacağı təqdirdə qara fiqurlarla oynayan şahmatçı qalib sayılır, ağ fiqurlarla çıxış edən tərəf isə yalnız qələbə qazanmaqla üstün ola bilər. Karlsen qara fiqurlarla qalib gələrək yekunda 17-ci yeri tutub.
Bundan əvvəlki iki gündə Karlsen pley-offun təsəlliverici mərhələsində qazaxıstanlı Bibisara Asaubayeva ilə qarşılaşıb. Hər iki görüşdə blits və rapid partiyalarından sonra üstün olan norveçli şahmatçı klassik partiyaya ehtiyac duymayıb. Buna görə də o, qəsdən oyuna gəlməyib və texniki məğlubiyyət alıb. Belə hallarda nəticə reytinqə təsir etmir.
2011-ci ilin iyulundan FIDE reytinqinə fasiləsiz liderlik edən Karlsen qrup mərhələsində uğursuz çıxış edib və heç bir qələbə qazana bilməyib. Norveçli şahmatçı canlı reytinqdə 19 xal itirərək göstəricisini 2804,0-a endirib. O, 17 ildən sonra ilk dəfə reytinqdə 2800 xal həddindən aşağı düşmək təhlükəsi ilə üzləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 21 Noyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















