İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ la danışıqlara hazırdır
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran ABŞ-la Hörmüz boğazının açılması məsələsi üzrə ekspertlər səviyyəsində danışıqlar aparmağa və prosesin müddətini qısaltmağa hazırdır.
Sherg.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bunun üçün Vaşinqtonun Tehranla razılaşmaya hazır olduğunu açıq şəkildə bəyan etməsi və etimad quruculuğu tədbirləri görməsi vacib olduğunu bildirib.
Əraqçinin sözlərinə görə, İranın irəli sürdüyü yeddi şərt yerinə yetirilərsə, Hörmüz boğazının açılması ilə bağlı layihənin həyata keçirilməsi müzakirə oluna bilər. Tehran ABŞ-ın təkliflərini də nəzərdən keçirməyə hazırdır.
Nazir qeyd edib ki, İranın hazırkı iki günlük planına əsasən, ABŞ tələbləri yerinə yetirdikdən sonra boğazın ikinci gün gəmiçiliyə açılması və həmin vaxt danışıqlara başlanması mümkündür. Şərtlər arasında ABŞ-ın İrana qarşı son məhdudlaşdırıcı tədbirlərinin ləğvi də var.
Əraqçi həmçinin bildirib ki, daha əvvəl nəzərdə tutulan İslamabad memorandumunun müddəaları artıq gündəmdə deyil, lakin onun prinsipləri gələcək ABŞ-İran razılaşmasının əsasını təşkil edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 21 Noyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















