BMT baş katibi vəzifəsinə namizədlərdən heç biri TŞ nin beş daimi üzvünün dəstəyini qazanmayıb
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
BMT-nin baş katibi vəzifəsinə namizədlərdən heç biri Təhlükəsizlik Şurasının veto hüququna malik beş daimi üzvünün hamısının dəstəyini qazana bilməyib.
BAPA xəbər verir ki, bu barədə TASS-a BMT-dəki diplomatik mənbə məlumat verib.
Ən çox dəstəyi Kosta-Rikanın nümayəndəsi Rebekka Qrinspan alıb. Onun namizədliyini Təhlükəsizlik Şurasının 15 üzvündən 10-u, o cümlədən üç daimi üzv dəstəkləyib. Dörd ölkə, o cümlədən iki daimi üzv onun namizədliyinə qarşı çıxıb, bir ölkə isə mövqeyini açıqlamayıb.
BAEA-nın baş direktoru Rafael Qrossi səkkiz müsbət və altı mənfi rəy alıb. Mənfi rəylərdən üçü Təhlükəsizlik Şurasının daimi üzvlərinə məxsus olub.
BƏƏ nümayəndəsi Lana Nüseybənin namizədliyini yeddi ölkə dəstəkləyib, altı ölkə, o cümlədən üç daimi üzv isə əleyhinə çıxıb.
Qayana nümayəndəsi Kerolayn Rodriges-Birkett altı müsbət və altı mənfi rəy alıb. Ona qarşı çıxanlar arasında Təhlükəsizlik Şurasının iki daimi üzvü də olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 Noyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















