“Şahdağ Qusar”ın kapitanı: “Hədəfimiz çempionluqdur”
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Gəncəbasar"la oyun gərgin və yüksək mübarizə şəraitində keçdi. Məqsədimiz 3 xal qazanmaq idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın kapitanı Vüqar Həsənov deyib.
28 yaşlı futbolçu komandasının Birinci Liqanın 8-ci turunda "Gəncəbasar"la heç-heçə etdiyi oyunla bağlı fikirlərini bölüşüb:
"Qol imkanlarımız olsa da, təəssüf ki, onlardan yararlana bilmədik və 1 xalla kifayətlənməli olduq. Buna baxmayaraq, mübarizəmizi davam etdiririk və qarşıdakı oyunlara hazırlaşırıq. Hazırda turnir cədvəlində liderik və əsas məqsədimiz bu mövqeyimizi mövsümün sonuna qədər qorumaqdır. Əlbəttə, "Gəncəbasar", "Səbail" və "Karvan-Yevlax" da güclü rəqiblərdir. Onlar da çempionluğa iddialıdır. Lakin biz özümüzə inanırıq və sona qədər mübarizə aparacağıq. İnanıram ki, komanda olaraq qarşıya qoyduğumuz məqsədə çatmaq üçün gücümüzü ortaya qoyacağıq".
Qeyd edək ki, "Şahdağ Qusar" - "Gəncəbasar" qolsuz başa çatıb. 8 turdan sonra aktivində 19 xal olan "Şahdağ Qusar" turnir cədvəlinin birinci, "Gəncəbasar" isə 17 xalla ikinci pillədə qərarlaşıb. 16 toplayan "Karvan-yevlax" ilk "üçlüy"ü tamamlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 21 Noyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















