Icma.az
close
up
RU
Karta səhvən gələn pulu xərcləmək olar?

Karta səhvən gələn pulu xərcləmək olar?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bank hesablarına səhvən böyük məbləğdə vəsait köçürülməsi halları nadir olsa da, zaman-zaman müxtəlif ölkələrdə baş verir və ciddi hüquqi suallar yaradır. Son günlər Türkiyədə yaşayan soydaşımızın hesabına milyardlarla vəsaitin köçməsi ilə bağlı yayılan məlumatlar da bu mövzunu yenidən gündəmə gətirib.
Bəs vətəndaşın kartına və ya bank hesabına səhvən külli miqdarda pul daxil olarsa, onun üzərinə hansı hüquqi öhdəliklər düşür? 
Bu barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev deyib ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, vətəndaşın hesabına və ya kartına səhvən pulun köçməsi həmin vəsait üzərində ona mülkiyyət hüququ vermir:
"Yəni hesabınıza milyonlarla və ya milyardlarla vəsaitin daxil olması o demək deyil ki, həmin pul artıq sizindir və istədiyiniz kimi istifadə edə bilərsiniz.
Əgər şəxs hesabına daxil olan vəsaitin ona aid olmadığını anlayırsa və buna baxmayaraq həmin pulu çıxarır, xərcləyir, başqa hesablara köçürür və ya gizlətməyə çalışırsa, bu zaman hüquqi məsuliyyət məsələsi yarana bilər. Çünki qanunvericilik əsassız əldə edilmiş əmlakın qaytarılmasını tələb edir. Belə vəsaitdən istifadə nəticəsində vurulan zərərin ödənilməsi də vətəndaşın üzərinə düşə bilər".
Digər tərəfdən, əgər şəxs hesabına pulun səhvən köçürüldüyünü bilmirsə və adi qaydada hesabından istifadə edirsə, burada hər bir hal ayrıca araşdırılır. Hüquqi məsuliyyətin yaranması üçün adətən şəxsin niyyəti, hadisədən məlumatlı olub-olmaması və vəsaitdən necə istifadə etməsi nəzərə alınır.
Hüquqşünas deyib ki, texniki və ya sistem xətası isə avtomatik olaraq vətəndaşı cinayətkar etmir:
"Cinayət məsuliyyətindən danışmaq üçün vətəndaşın bilərəkdən qanunsuz hərəkət etməsi, ona məxsus olmadığını bildiyi vəsaiti mənimsəməyə çalışması sübuta yetirilməlidir. Sadəcə bankın səhvi nəticəsində hesaba pulun daxil olması şəxsin cinayət törətdiyi anlamına gəlmir. Praktik baxımdan vətəndaş hesabına mənşəyi məlum olmayan və ya gözlənilmədən böyük məbləğdə vəsait daxil olduqda həmin pulu xərcləməməli, dərhal bankla əlaqə saxlamalı və vəziyyəti dəqiqləşdirməlidir. Bu həm sonradan yarana biləcək hüquqi mübahisələrin, həm də mümkün məsuliyyət risklərinin qarşısını alır. Ümumilikdə, belə hallarda əsas meyar pulun hesaba necə düşməsi deyil, vətəndaşın bundan sonra necə davranmasıdır. Şəxs səhvi anlayandan sonra vəsaiti qaytarmaq üçün əməkdaşlıq edirsə, bu, hüquqi qiymətləndirmədə mühüm rol oynayır. Əksinə, vəsaiti mənimsəməyə və ya gizlətməyə cəhd göstərilməsi həm mülki, həm də müəyyən hallarda cinayət-hüquqi məsuliyyət məsələsini gündəmə gətirə bilər", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 İyun 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri