Icma.az
close
up
RU
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?

Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Müasir texnologiyalar bir çox itirilmiş əşyaların tapılmasını asanlaşdırsa da, fiziki bank kartlarının izlənilməsi məsələsi hələ də geniş müzakirə olunur.

Bəzi vətəndaşlar düşünür ki, kartların üzərində yerləşdirilən çiplər vasitəsilə itirilmiş kartın yerini müəyyən etmək mümkündür.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, bank kartlarının üzərindəki çiplər GPS və ya izləmə funksiyasına malik deyil:

"Bank kartlarında olan çiplər buna imkan vermir, çünki çip modulu kartın yerini müəyyənləşdirən sistemə malik deyil. Ona görə də kartı fiziki olaraq tapmaq mümkün deyil. Amma başqa üsullarla müəyyən etmək olar. Məsələn, əgər itirilmiş bank kartı ilə haradasa ödəniş edilibsə, həmin ödənişlərin izləri vasitəsilə kartın harada istifadə olunduğunu müəyyənləşdirmək mümkündür. Ödəniş edilən yerdəki kameralar vasitəsilə həmin vaxt kartdan kimin istifadə etdiyini görmək və həmin şəxsi müəyyənləşdirmək olar. İkinci variant isə kartın telefona qoşulmasıdır. Əgər telefon itib və kart Google Pay və ya Apple Pay sisteminə əlavə edilibsə, bu halda telefonu tapmaq müəyyən hallarda mümkün ola bilər. Amma kartın özünü fiziki olaraq tapmaq üçün belə bir texnologiya mövcud deyil”.

Fərid Kazımov rəqəmsal ödəniş sistemlərinin fiziki kartlarla müqayisədə daha təhlükəsiz və rahat imkanlar təqdim etdiyini bildirib:

"Ümumiyyətlə, indiki dövrdə bir qədər qəribə vəziyyət yaranır ki, insanlar hələ də fiziki kartlardan istifadə edirlər. Kartdan istifadənin əvvəlki kimi böyük üstünlüyü qalmayıb. Daha məqsədəuyğun variant kartların Google Pay və ya Apple Pay kimi ödəniş sistemlərinə qoşulmasıdır. Telefonlar artıq Android və ya iOS sistemləri ilə işləyir və bu texnologiyalar vasitəsilə ödənişlər daha təhlükəsiz həyata keçirilə bilər”.

O hesab edir ki, rəqəmsal ödəniş sistemlərindən istifadə kart itkisindən yaranan riskləri minimuma endirə bilər:

"Mənim təklifim odur ki, bir kart götürülsün və həmin kart onlayn ödəniş sistemlərinə qoşulsun. Maaş kartı olmasa belə, məsələn, maaş aldığınız və ya başqa kartda saxladığınız vəsaiti həmin karta köçürərək gündəlik ödənişləri bu vasitə ilə həyata keçirmək olar. Kartda yalnız zəruri olan məbləğ saxlanıla bilər. Belə olan halda faktiki olaraq kartın itməsi problemi minimuma enmiş olar. Kart daim evdə qorunur, ehtiyac yarandıqda isə istifadə etmək mümkündür. Telefon oğurlansa və ya itərsə, güclü parol sistemi olduğu halda təhlükəsizlik təmin edilə bilər. Bundan əlavə, kartı istənilən vaxt banka müraciət edərək bloklamaq mümkündür. Düşünürəm ki, bu yanaşma fiziki kartların itirilməsi probleminin qarşısını almaq üçün daha optimal variantdır”.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 İyul 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri