Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

Kartof kəskin bahalaşa bilər SƏBƏBLƏR KONKRET

Kartof kəskin bahalaşa bilər SƏBƏBLƏR KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib. Ayrı-ayrı kəndlərdə bu il 900 hektar sahədə kartof əkilib. Bu rəqəm ötən il 260 hektar olub. Bəs görəsən, payızlıq kartofun yığımının başlaması bazarda kartofu bir az da olsa ucuzlaşdıra bilərmi?

KONKRET.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

İqtisadçı Rauf Qarayevin sözlərinə görə, son illər ölkədə kartof istehsalında vəziyyət sabit deyil: “Kartof yığımının ötənilki statistikasına baxanda öndə gedən rayon Qazaxdır. Ən çox kartof əkilən iqtisadi rayon Qazax-Tovuzdur. 2023-cü ilin statistik məhsul yığımını müqayisə etsək, Ağstafada 299.5, Gədəbəydə 129, Qazaxda 350, Şəmkirdə 286.2, Tovuzda 303.6 sentner kartof yığılıb. Cəlilabad rayonunda 311.8 sentner kartof yığılıb. İstehsala gəldikdə, 2023-cü ildəki kartof istehsalının statistik rəqəmləri göstərir ki, ölkə 2020-ci ilin vəziyyətinə qayıdıb. Həmin il bir milyon 37 min 636.8 ton kartof yığılmışdısa, 2023-cü ildə bir milyon 10 min 517.4 ton kartof yığılıb. 2021-ci ildə 1 milyon 61 min 957.7 ton, 2022-ci ildə 1 milyon 74 min 261.3 ton kartof istehsal olunub. Şəmkirdə ilbəil kartof yığımı artıb, nəticədə 188 min 615.7 tona yaxın kartof yığımı olub. Cəlilabad rayonunda 2022-ci ildə 190 min 400 ton kartof istehsalı olmuşdusa, 2023-cü ildə bu rəqəm 186 min 60 tona enib. Göründüyü kimi, istehsal və kartof yığımının statistikası stabil deyil. Ona görə də, qiymətlər ildən asılı olaraq dəyişə bilər”.

R.Qarayevin fikrincə, qiymətlər maksimum 10 qəpik azala bilər: “2024-cü il hələ başa çatmayıb. Amma bazarda qiymətlərə nəzər yetirsək, rayonlarda bir kiloqram iri və yuyulmuş kartofun qiyməti 80 qəpik idi. Bolluq olsa, bu qiymət maksimum 10-15 qəpik enə bilər. Məsələnin digər tərəfi xaricdən gələn kartofun daha ucuz olmasıdır. Bu, yerli bazarda olan kartofları sıxışdıra bilər. Nəzərə almaq lazımdır ki, yerli kartof həm də xarici bazarlara çıxarılır. 2024-cü ilin yanvar-iyul ayında Azərbaycandan 20 milyon 471 min dollar dəyərində 48 min 234 ton kartof ixrac olunub. Ötən dövrlərlə hazırkı dövrü müqayisə etsək, görə bilərik ki, qiymətlərdə cüzi də olsa, enmələr mövcuddur. Amma bazarda olan qiymətlərlə müqayisə etdikdə elə də böyük fərq yoxdur. Ötən ilin oktyabr ayı ərzində kartofun qiyməti 70 qəpiklə bir manat arasında dəyişirdisə, hazırda da eyni qiymətdir. Amma rayonlarda təklif edilən qiymətlərdə çox cüzi enmələr var. Bu, qısamüddətli də ola bilər”.

İqtisadçının sözlərinə görə, qiymətlərə təsir edən ən əsas məqamlardan biri də vətəndaşla kəndli arasında vasitəçilərin olmasıdır: “Yarmarkaların keçirilməsi qiymətlərə təsir edə bilər. Kəndlinin birbaşa bazara çıxışı təmin olunmalıdır. Çünki qiymətləri daha çox vasitəçilər idarə edir. Kəndli gətirdiyi məhsulu tez şəkildə bir nöqtəyə təhvil verib getməyi üstün tutur. Bakıda gecələmək kəndlinin büdcəsinə uyğun deyil. Satıcılar da əksər hallarda bildirirlər ki, məhsullar bir nöqtədən gətirilir. Təbii ki, bu zaman daşınma xərci də məhsulun üzərinə əlavə edilməlidir. Belə olan halda regionlar və paytaxtda məhsul qiyməti xeyli fərqlənir. Rayonda bir manata qədər olan məhsulun qiyməti Bakıda 2-3 manat arası dəyişir. Həmçinin məhsulun satış ərazisi də önəmlidir. İcarəyə götürülən satış üçün yerin qiyməti də məhsula təsirsiz ötüşmür. Bazarda “yerpulu” adlanan haqq alınır. Belə halları nəzərə aldıqda, qiymət enməsini müşahidə edə bilmirik”.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Eldar Hüseynovun fikrincə, Rusiyada baş verənlərin təsiri nəticəsində ucuzlaşma haqqında danışa bilmirik: “Göstərilən statistikada qeyd olunan rəqəmlərdəki artım bazarda olan vəziyyətə təsir göstərə bilməyəcək. Çünki son günlər Rusiya bazarlarında kartofun qiyməti xeyli bahalaşıb. Bu səbəbdən, Azərbaycan və digər ölkələrdən Rusiyaya külli miqdarda kartof ixrac olunur. Rusiyada dolların qiymətində son günlər baş verən yüksəlmə də mütləq ki, Azərbaycanın daxili bazarından yan keçməyəcək”.

Ekspertin fikrincə, ölkəmizin kartofa olan tələbatı çox, təminatı isə xeyli azdır: “Cəlilabad rayonundakı kartof sahələri xeyli azdır. Toplanacaq məhsul ölkəmizin kartof tələbatını ödəmək üçün kifayət etməz. Cəmi 2-3 ay tələbatı ödəmək mümkün olar. Daxili bazara təsir gücü maksimum 10 gün çəkər. Amma qiymətlərdə uzunmüddətli enmələrin olacağını söyləyə bilmirik. Hətta yaxın gələcəkdə – dekabr-fevral ayları arasında kartofun qiyməti kəskin şəkildə arta bilər. Yəni bu məhsulda hazırki il üçün ucuzlaşma qeyri-mümkündür. Bazarda tərəvəzlərdə xeyli qiymət artımı müşahidə edilir. Lakin qiymət enməsindən danışmaq mümkün deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:315
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Noyabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri